Fransa komendant saatı tətbiq edir, Parisdə Luvr muzeyi bağlanıb
Fransa Başbakanı Sebastien Lecornu həftəsonu ölkədə baş verən zorakılıq və talan hallarının ardından valilərə bu axşamdan etibarən bəzi bölgələrdə qismən komendant saatı tətbiq etmələri barədə tapşırıq verib. Eyni zamanda, Parisdə tələbələr etiraz aksiyası çərçivəsində Luvr muzeyinin girişini bağlayıblar. Dünyanın ən böyük muzeyi bu səbəbdən qapılarını ziyarətçilərin üzünə aça bilməyib. Aksiyaya yaxınlıqda yerləşən Luvr Məktəbinin tələbələrinin də qatıldığı bildirilir.
Netanyahu savaş təyyarələrinin önündə hədə-qorxu mesajı verib
İsrail Baş naziri Binyamin Netanyahu savaş təyyarələrinin fonunda açıqlama verərək ölkəsinin hərbi imkanları barədə xəbərdarlıq edib. O, İsrailin təhlükə hesab etdiyi qüvvələrə qarşı addım atmaqdan çəkinməyəcəyini bildirib. Bu açıqlama Livan Prezidenti Cozef Aunun İsraili qoşunların çıxarılması barədə razılaşmanı pozmaqda ittiham etdiyi bir vaxtda səslənib. Aun bildirib ki, ABŞ-ın vasitəçiliyi ilə bağlanmış çərçivə sazişinə görə İsrail qoşunları Livanın cənubundan çıxarılmalı idi, lakin bu şərt yerinə yetirilmir.
Britaniya Qərbi Şəriətdə diplomatlara hücumları pisləyib
Böyük Britaniya işğal altındakı Qərbi Şəriətdə israilli məskunlaşanların diplomatlara və jurnalistlərə qarşı hücumlarını qətiyyən qəbuledilməz adlandırıb. Britaniya Xarici İşlər Nazirliyində Yaxın Şərq üzrə dövlət naziri Stiven Dauti bu barədə bəyanat yayıb. Xatırladaq ki, bu gün əvvəl Belçika Başkonsolosu da Taybədə diplomatlara edilən hücumun yeni zorakılıq həddinə çatdığını bildirmişdi.
IPPR Böyük Britaniyaya Aİ-yə qayıtmağı təklif edib
Böyük Britaniyanın İctimai Siyasət Tədqiqat İnstitutu (IPPR) ölkənin iqtisadi rifahını, təhlükəsizliyini və demokratiyasını qorumaq üçün Avropa İttifaqına yenidən qoşulmağı ortamüddətli hədəf kimi müəyyənləşdirməsini təklif edib. Aparılan sorğuya görə, əhalinin 52 faizi bu təklifi dəstəkləyir.
Türkiyənin TUSAŞ şirkəti 2035-ci ilədək istehsal hədəflərini açıqlayıb
Türkiyənin TUSAŞ müdafiə sənayesi şirkəti 2035-ci ilə qədər olan istehsal yol xəritəsini təqdim edib. Plana əsasən, şirkət 150-dən çox KAAN təyyarəsi, 200 HÜRJET təlim təyyarəsi və 10 min taktiki pilotsuz uçuş aparatı istehsal etməyi hədəfləyir.
Sabah pensiyaların tam ödənilməsi nəzərdə tutulub
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondundan verilən məlumata görə, sabah respublika üzrə pensiyaların tam ödənilərək yekunlaşdırılması nəzərdə tutulub. Güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin də pensiyalarının həmin gün ödəniləcəyi bildirilib.