Suriya İsraildən 1974-cü il sazişinə qayıtmağı tələb edib
Suriya xarici işlər naziri Əsəd Həsən Şeybani İsrail ordusunun Suriyada işğal etdiyi ərazilərdən 8 dekabr 2024-cü ilə qədərki xətlərə çəkilməsini və 1974-cü il tarixli Qüvvələrin Ayrılması Sazişinə dərhal qayıtmasını tələb edib. Şeybani bu bəyanatı İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin iclasında səsləndirrib.
İran Ərəbistan yarımadasındakı proseslərdən narahatdır
İranın xarici işlər naziri Abbas Əraqçi İƏT-in 52-ci iclasında çıxışını davam etdirərək Ərəbistan yarımadasında baş verən proseslərdən ciddi narahatlığını ifadə edib. Əraqçi problemin hərbi yolla həllinə inanmadığını vurğulayaraq İranın mövqeyinin aydın və dəyişməz olduğunu bildirib.
Türkiyə və Almaniya regional təhlükəsizlik məsələlərini müzakirə edib
Türkiyə Milli Müdafiə Nazirliyinin nümayəndə heyəti Almaniya Federal Müdafiə Nazirliyinin parlament məsələləri üzrə dövlət katibi doktor Nils Şmidə nəzakət səfəri edib. Tərəflər mövcud münaqişə bölgələrini nəzərə alaraq regional təhlükəsizliyin gücləndirilməsi ətrafında fikir mübadiləsi aparıb.
"Qarabağ" - "Neftçi" derbisi qollu heç-heçə ilə başa çatıb
Azərbaycan Premyer Liqasının VIII turunda "Qarabağ" və "Neftçi" komandaları 3:3 hesabı ilə heç-heçə ediblər. Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən görüşdə qonaq komandanın heyətində Qustavo Klisman 11-ci və 34-cü dəqiqələrdə fərqlənərək dubl edib.
İlhan Ömərin vəkilləri ev axtarışına etiraz edib
ABŞ-da Daxili Təhlükəsizlik Nazirliyi tərəfindən evi axtarılan Nümayəndələr Palatasının üzvü İlhan Ömərin vəkilləri federal prokurorlara məktub göndərərək axtarışın qanunsuzluğunu şübhə altına alıb və müsadirə edilən bütün əşyaların dərhal qaytarılmasını tələb edib.
Google Play-də saxta WhatsApp tətbiqi aşkarlanıb
Google Play mağazasında saxta WhatsApp tətbiqinin 500 min yükləmə sayına çatdığı müəyyən edilib. Mütəxəssislər bildirib ki, kibercinayətkarlar sponsorlu axtarış nəticələrindən və erkən giriş proqramından istifadə edərək istifadəçiləri aldadıblar. Saxta tətbiq rəsmi WhatsApp messencerinin adından yayılıb.