Kiyevdə Nüvə Tədqiqatları İnstitutu dron hücumuna məruz qalıb
Ukraynanın paytaxtı Kiyevdə yerləşən Nüvə Tədqiqatları İnstitutunun ərazisinə PUA zərbəsi endirilib. Ərazidə VVR-M tədqiqat reaktorunun yerləşdiyi nəzərə alınsa, hücum ciddi narahatlıq doğurur. Hadisə barədə Ukraynanın Nüvə Tənzimlənməsi üzrə Dövlət Müfəttişliyi məlumat yayıb. Eyni zamanda, Moldova Xarici İşlər Nazirliyi ölkənin hava məkanına üç pilotsuz uçuş aparatının daxil olmasından sonra Rusiyanın Kişinyovdakı xüsusi tapşırıqlar üzrə səfirini nazirlyə çağıraraq etiraz notası təqdim edib.
Bakı-Tbilisi qatarlarının sayı artırılır
Azərbaycan Dəmir Yolları Bakı-Tbilisi-Bakı marşrutu üzrə əlavə reyslər təyin edir. 1 noyabr 2026-cı il tarixindən etibarən bu istiqamətdə gündəlik 4 reys həyata keçiriləcək. Qərar beynəlxalq istiqamətdə artan sərnişin tələbatını qarşılamaq və səyahət imkanlarını genişləndirmək məqsədi daşıyır.
Dövlət dəstəyi ilə özəl bağçalarda tədrisə başlanılıb
Oktyabrın 1-dən məktəbəqədər təhsildə valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan yeni maliyyələşmə modeli çərçivəsində seçilmiş özəl bağçalarda uşaqlar üçün tədris prosesi başlayıb. Elm və Təhsil Nazirliyinin məlumatına görə, yeni model 2026-2027-ci tədris ilində məktəbəqədər təhsilin əhatə dairəsini genişləndirməyə yönəlib.
Türkiyənin ROKETSAN şirkəti hipersəs raketin kütləvi istehsalına başlayır
ROKETSAN şirkəti TAYFUN Blok-4 hipersəs ballistik raketinin kütləvi istehsalına qısa müddət ərzində başlayacağını təsdiqləyib. Hipersəs sürətlə hərəkət edən bu raketin istehsala buraxılması Türkiyənin müdafiə sənayesində mühüm nailiyyət kimi qiymətləndirilir. Eyni vaxtda, Bakıda keçirilən ADEX 2026 müdafiə sərgisi çərçivəsində Azərbaycanın "Səngər" adlı kibertəhdid kəşfiyyatı platformasının hazırlandığı açıqlanıb. Platformanı Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti hazırlayıb.
Zimbabvedə helikopter qəzasında 6 nəfər həlak olub
Zimbabvenin şərqindəki Marondera kənd ərazisində helikopter qəzaya uğrayıb. Hadisə nəticəsində ölkənin tanınmış iş adamlarından biri olan Wicknell Chivayo və həyat yoldaşı Lucy Muteke də daxil olmaqla 6 nəfər həyatını itirib.
Bakıda sabahdan güclü yağış gözlənilir
Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb. Bakıda və Abşeron yarımadasında oktyabrın 2-si axşamdan başlayaraq leysan xarakterli intensiv yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Yağışlı hava 3-ü səhərədək arabir güclü olacaq, fasilələrlə yağış oktyabrın 4-nə qədər davam edəcək. Temperaturun 8 dərəcə enəcəyi proqnozlaşdırılır.