İsrail Qəzzə şəhərində binaya 3 ayrı hava zərbəsi endirib
İsrail ordusuna məxsus pilotsuz uçuş aparatları Qəzzə şəhərinin ən hərəkətli nöqtələrindən olan ən-Nəsr küçəsindəki binaya 3 ayrı hava zərbəsi endirib. Yerli mənbələrin məlumatına görə, hücum nəticəsində çox sayda fələstinli yaralanıb.
Tramp İrana sanksiyaların yumşaldılması iddiasını təkzib edib
ABŞ Prezidenti Donald Tramp İrana qarşı tətbiq olunan sanksiyaları yumşaltmağa və dondurulmuş İran aktivlərini azad etməyə hazır olduğu barədə yayılan iddiaları təkzib edib. Tramp bildirib ki, İrana heç bir təklif irəli sürməyib. Eyni zamanda İranın Ali rəhbəri Müctəba Xamenei sosial şəbəkədə İran xalqının Hörmüz boğazını qorumaq əzmində olduğunu bəyan edib. İranın xarici işlər naziri Abbas Əraqçi isə münaqişənin nizamlanması üçün irəli sürdükləri şərtlərin icra mexanizmləri ilə bağlı Qətərli vasitəçilərlə müzakirələr aparıldığını və Vaşinqtonun cavabını gözlədiklərini açıqlayıb.
İstanbulda İran aviaşirkətinin təyyarəsinə həbs qoyulub
İstanbul Hava Limanından İrana uçuşlar həyata keçirən "Caspian Airlines" aviaşirkətinin 3 milyon avro borcu ilə əlaqədar hüquqi proses başladılıb. Kreditor şirkətin vəkilləri və icra məmurları İstanbul aeroportuna gəlib və təyyarəyə həbs qoyulub.
Şimali Koreya ABŞ-ni nüvə silahlarının yayılmaması sistemini zəiflətməkdə ittiham edib
Şimali Koreya Xarici İşlər Nazirliyi memorandum yayaraq ABŞ-ni beynəlxalq nüvə silahlarının yayılmaması sistemini zəiflətməkdə və yeni silahlanma yarışı risklərini artırmaqda ittiham edib. Sənəd Koreyanın Mərkəzi Teleqraf Agentliyi (KCNA) tərəfindən yayılıb.
Pentaqon kosmosdan raket hücumlarını izləyən sistemlərə 572 milyon dollar ayırıb
ABŞ Müdafiə Nazirliyi Amentum Technology şirkəti ilə təxminən 572,3 milyon dollar dəyərində müqavilə imzalayıb. Müqavilə kompleks taktiki xəbərdarlıq, hücumların qiymətləndirilməsi və kosmik təminat proqramı çərçivəsində raket hücumlarının kosmosdan izlənməsi sistemlərinin maliyyələşdirilməsini nəzərdə tutur.
OpenAI təhlükəsizlik narahatlığı səbəbindən yeni modelin buraxılışını dayandırıb
OpenAI şirkəti daxili testlər zamanı ortaya çıxan təhlükəsizlik problemlərinə görə yeni GPT-6.1 Astra modelinin ictimaiyyətə təqdim edilməsini təxirə salıb. The Wall Street Journal-ın məlumatına görə, modelin yaxın günlərdə buraxılması nəzərdə tutulurdu, lakin şirkətin təhlükəsizlik sistemləri bölməsinin rəhbəri Saçi Ceynin qərarı ilə buraxılışdan imtina edilib.