Polşa baş naziri: Ölkəni çətin həftələr gözləyir
Polşanın Baş naziri Donald Tusk ölkəni qarşıdakı həftələr və aylar ərzində çətin vəziyyətin gözlədiyini bəyan edib. Tusk bunu Rusiyanın Ukraynaya qarşı artan hərbi təzyiqi ilə əlaqələndirib və Moskvanın addımlarının getdikcə daha aqressiv xarakter aldığını vurğulayıb.
Bakıda qadın öldürülüb - əri saxlanılıb
Paytaxtın Binəqədi rayonunda bu gün günorta saatlarında qətl hadisəsi baş verib. 42 yaşlı Rafət Ağalarov həyat yoldaşı 40 yaşlı Esmira Ağalarovanı boğaraq qətlə yetirib. Şübhəli şəxs saxlanılıb.
Smart üzük istehsalçısı Oura 2,2 milyard dollarlıq IPO-nu təxirə salıb
Smart üzük istehsalçısı Oura 2,2 milyard dollara qədər olan ilkin açıq təklifini qeyri-müəyyən müddətə təxirə salıb. Şirkət qərarı IPO bazarındakı qeyri-müəyyənliklə əsaslandırıb. Oura səhmlərini hər biri 40-44 dollar aralığında 55 milyon ədəd təklif etmək üçün müraciət etmişdi.
ÜST: Son 6 ildə taundan 423 nəfər ölüb
Ümumdünya Səhiyyə Təşkilatı 2019-2025-ci illər arasında 6 ölkədə taun xəstəliyinə yoluxma hallarını təsdiqləyib. Təşkilatın hesabatına görə, bu müddətdə 423 nəfər xəstəlikdən həyatını itirib. Ümumilikdə 10 ölkə insanlarda taun xəstəliyinə şübhəli yoluxma halları barədə məlumat verib.
Yaponiya Suriyaya qarşı sanksiyaların bir hissəsini ləğv edib
Yaponiya hökuməti Suriyaya tətbiq edilən sanksiyaların bir hissəsini götürüb. Yaponiya Xarici İşlər Nazirliyinin məlumatına görə, Suriyada Əsəd rejiminin devrilməsindən sonra iki ölkə arasında əlaqələrin normallaşması prosesi başlayıb və bu addım həmin siyasi dəyişikliyi əks etdirir.
TAP-ın Yunanıstandakı məntəqəsi ikiistiqamətli olacaq
TAP konsorsiumunun idarəedici direktoru Luka Skiepatti İtaliyada keçirilən Enerji Sammitində bildirib ki, Yunanıstandakı Nea-Mesimvria interkonnektor məntəqəsi oktyabrın 1-dən etibarən hər iki istiqamətdə işləyəcək. Bu addım Azərbaycan qazının Avropa bazarına nəqlində əlavə çeviklik yaradacaq.