Xəbər İcmalı - 29.09.2026

icmal

Hörmüz boğazında ticarət gəmisinə hücum edilib

Hörmüz boğazında ticarət gəmisi naməlum mərmi ilə vurulub. Böyük Britaniya Hərbi Dəniz Qüvvələrinin Dəniz Ticarət Daşımalarının Koordinasiya Mərkəzi (UKMTO) hadisə barədə məlumat yayıb. Bildirilib ki, hücumdan sonra gəminin göyərtəsində yanğın baş verib.


Ben-Gvir Hərim-i İbrahim məscidinə basqın edib

İsrailin ifrat sağçı milli təhlükəsizlik naziri İtamar Ben-Gvir yüzlərlə İsrailli ilə birlikdə işğal altındakı Qərb Sahilinin Əl-Xəlil şəhərində yerləşən Hərim-i İbrahim məscidinə basqın edib. İsrail məscidi müsəlmanlara bağlayıb. Hadisə İsrailin Kanal 14 televiziyası tərəfindən yayımlanıb.


Moldovada Maya Sanduya qarşı impiçment proseduru başladılıb

Moldova parlamentində müxalifət qüvvələri prezident Maya Sanduya qarşı impiçment prosedurunu başladıb. "Vedomosti" nəşrinin məlumatına görə, impiçment layihəsini 46 deputat imzalayıb və sənəd parlamentdə rəsmi qeydiyyatdan keçirilib. Müxalifət Sandunu Konstitusiyanı pozmaqda ittiham edir.


Fransada etirazlar genişlənir - 164 nəfər saxlanılıb

Fransada dövlət sektorunda çalışanların ümummilli tətili fonunda etiraz aksiyaları və məktəblərin blokadaya alınması davam edir. Aksiyalar zamanı 164 nəfər saxlanılıb. Bir həftə ərzində İl-de-Frans regionunda 28 olmaqla, təxminən 180 təhsil müəssisəsi etirazlardan təsirlənib.


Myanmada aviazərbə nəticəsində 49 nəfər həlak olub

Myanma hərbçiləri üsyançı qruplaşmanın nəzarətində olan ərazidəki bazarın yaxınlığına aviazərbə endirilib. "Associated Press"in məlumatına görə, hücum nəticəsində azı 49 nəfər ölüb, 58 nəfər yaralanıb.


Günəş enerjisi tarixdə ilk dəfə nüvəni üstələyib

İstanbulda təqdim olunan Dünya Nüvə Sənayesi Vəziyyəti Hesabatına görə, 2025-ci ildə günəş enerjisi qlobal miqyasda ilk dəfə nüvə reaktorlarından daha çox elektrik istehsal edib. 596 səhifəlik hesabatda nüvə enerjisinin payının 45 ilin ən aşağı səviyyəsinə düşdüyü qeyd olunub.