Fransa üzrə dövlət qulluqçularının kütləvi tətili: 170-dən çox nöqtədə aksiya planlaşdırılır
Fransada müxtəlif sektorlarda çalışan dövlət qulluqçuları maaş artımı tələbi ilə ölkə miqyasında iş dayandırıb. Təhsil, səhiyyə və nəqliyyat sahələrinin işçiləri həmkarlar ittifaqlarının çağırışı ilə tətilə qoşulub. Gün ərzində 170-dən çox nöqtədə aksiyaların keçirilməsi gözlənilir.
FIFA prezidenti Bakıda: İnfantino Prezident Əliyevlə görüşüb
FIFA prezidenti Canni İnfantino Bakıya səfər edib və Prezident İlham Əliyev tərəfindən qəbul olunub. Görüş zamanı İnfantino dövlət başçısına xatirə hədiyyələri təqdim edib. Prezident Əliyev bildirib ki, oktyabrda ölkədə ilk dəfə keçiriləcək FIFA U-15 Dünya Çempionatına, eləcə də U-20 dünya çempionatına hazırlıq işləri yüksək səviyyədə aparılır. FIFA prezidenti Hövsanda inşa olunan infrastrukturla da tanış olacaq.
USS Eisenhower uçaq gəmisində qəza: 2 pilot oturacaq mexanizmi ilə xilas edilib
ABŞ-a məxsus USS Dwight D. Eisenhower uçaq gəmisində baş verən qəza nəticəsində 4 ekipaj üzvü yaralanıb. Virciniya ştatının sahilləri yaxınlığında baş verən hadisədə 2 pilot təyyarədən oturacaq mexanizmi ilə çıxaraq xilas edilib. ABŞ Hərbi Dəniz Qüvvələri hadisə ilə bağlı rəsmi açıqlama yayıb.
Bakı hava limanında 4 milyon manatdan çox dəyərində brilyant müsadirə olunub
Dövlət Gömrük Komitəsinin əməkdaşları Şarja-Bakı aviareysi ilə ölkəyə gələn Qazaxıstan vətəndaşından gömrük nəzarətindən gizlədilən külli miqdarda brilyant qaş aşkar edib. Dəyəri 4 milyon manatdan çox olan qaşlar "Yaşıl Kanal" buraxılış sistemindən keçirilməyə cəhd edilərkən müsadirə olunub.
Azərbaycanın kibertəhlükəsizlik komandası "WorldSkills" tarixində ilk mükafatını qazanıb
Azərbaycanın kibertəhlükəsizlik üzrə komandası Çinin Şanxay şəhərində keçirilən "WorldSkills Shanghai 2026" beynəlxalq yarışında "Medal of Excellence" mükafatına layiq görülüb. Bu, ölkənin "WorldSkills" tarixində kibertəhlükəsizlik sahəsində qazandığı ilk mükafatdır.
Yunanıstan adacıqlarda genişmiqyaslı hərbi təlim keçirib
Yunanıstan Silahlı Qüvvələri "Aleksandros" adlı genişmiqyaslı hərbi təlim keçirib. Kathimerini qəzetinin məlumatına görə, təlim kiçik adacıqlara və yaşayış olmayan qayalıqlara əsgər çıxarılması, həmçinin gecə əməliyyatları ssenarilərini əhatə edib. Təlimə 70 döyüş təyyarəsi cəlb olunub, hava, quru və dəniz qüvvələri birgə fəaliyyət göstərib.