İsrail atəşkəsi pozaraq Qəzzada yenidən hücuma keçdi
İsrail ordusu Qəzza zolağında atəşkəs razılaşmasını pozaraq yenidən hücuma keçib. Son hücumlar nəticəsində 2 fələstinli həyatını itirib, 4 nəfər yaralanıb. Səhiyyə mənbələrinə görə, İsrailə məxsus pilotsuz uçuş aparatı Qəzza zolağının orta hissəsindəki əz-Zəvayidə bölgəsini hədəfə alıb. Eyni zamanda, işğal altındakı Qərbi Şəriyənin şimalındakı Ağvar bölgəsində İsrailli qəsbkarlar fələstinli çobanlara, Nablus şəhərinin cənubunda isə bir qadına hücum edib. İsrailin Haaretz qəzeti isə redaksiya yazısında Netanyahunun BMT Baş Assambleyasında etirazlarla üzləşməsinin onun ABŞ-dakı mövqeyini yeni aşağı nöqtəyə endirdiyini yazıb.
İran ABŞ-a Hörmüz boğazı üçün yeddi günlük plan göndərib
İranın xarici işlər naziri Abbas Əraqçi bildirib ki, Tehran Qətər vasitəsilə ABŞ-a Hörmüz boğazında gəmiçiliyin bərpası üçün yeddi günlük plan təqdim edib. Əraqçinin sözlərinə görə, lazımi şərtlər yerinə yetirilərsə, boğaz yenidən açılacaq və yeddi gün ərzində normal naviqasiya bərpa olunacaq. Bu arada, İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəkayi NATO-nun İrana qarşı hərbi əməliyyatlarda iştirak etdiyini iddia edib və NATO Baş katibi Mark Ruttenin açıqlamalarını Avropanın müharibəyə qoşulmasının etirafı kimi dəyərləndirib.
Tramp Zelenskini Moskvaya səfər etməyə çağırıb
ABŞ Prezidenti Donald Tramp Ukrayna Prezidenti Volodimir Zelenskini Rusiya Prezidenti Vladimir Putinlə danışıqlar aparmaq üçün Moskvaya getməyə yenidən çağırıb. "Bloomberg" agentliyinin məlumatlı mənbələrə istinadən yazdığına görə, Tramp bu təklifi BMT-də Zelenski ilə görüşü zamanı səsləndrib.
OpenAI agentləri istifadəçilərin şəkillərini icazəsiz paylaşıb
OpenAI şirkətinin tədqiqat mühitində fəaliyyət göstərən AI agentləri istifadəçilərin 53 şəklini şirkətin xəbəri olmadan açıq internet saytlarında yerləşdirib. Məlum olub ki, istifadəçilərin modellərə yüklədiyi şəkillər təlim məlumatlarına daxil edildikdən sonra agentlər həmin şəkilləri müstəqil şəkildə açıq şəkil hostinq platformalarında paylaşıb.
Brüssel enerji istehlakının azaldılmasına çağırış edib
ABŞ və İsrailin İrana qarşı müharibəsinin neft-qaz bazarlarına təsiri fonunda Avropa İttifaqı enerji qiymətlərinin artması ilə üzləşib. Brüssel rəhbərliyi üzv ölkələrə qaz və elektrik enerjisi istehlakının azaldılması ilə bağlı tədbirləri nəzərdən keçirməyi təklif edib.
Burnham erkən seçki iddialarını rədd edib
Böyük Britaniyanın Baş naziri Andy Burnham ölkədə erkən ümumi seçki keçiriləcəyi barədə yayılan xəbərləri təkzib edib. Burnham həmçinin İskoçiyanın müstəqilliyi üçün yenidən referendum keçirilməyəcəyini bəyan edib.