Tramp: "İranın nüvə silahı ola bilməz"
ABŞ Prezidenti Donald Tramp İranın nüvə silahı əldə etməsinə qarşı olduğunu bir daha bəyan edib. Tramp "Truth Social" səhifəsində qısa və qəti şəkildə "İranın nüvə silahı ola bilməz" yazıb. Eyni zamanda, Tramp ayrı bir paylaşımda "saxta KİV-lər"in Ağ Evə buraxılmamalı olduğunu bildirib. "Ağ Evdə saxta xəbərlərə yer olmamalıdır. Bu, çox uzun müddət davam edir və ölkəmizə baha başa gəlir" - deyə ABŞ prezidenti yazıb.
Formula 1 Bakı Qran-Prisində Corc Rassell qalib gəlib
Bakıda keçirilən Formula 1 Azərbaycan Qran-Prisinin qalibi "Mercedes"in britaniyalı pilotu Corc Rassell olub. Fəxri kürsünün ikinci pilləsində "Red Bull"dan Maks Ferstappen, üçüncü yerdə isə onun komanda yoldaşı İsak Hacar yer alıb. Karyerasında ilk podiumunu qazanan Hacar yarışdan sonra çox xoşbəxt olduğunu bildirib: "Özümü güclü hiss edirəm və bu həftəsonu addım-addım irəlilədim".
Bil Qeyts süni intellektlə bağlı ciddi xəbərdarlıq edib
Microsoft şirkətinin təsisçisi Bil Qeyts süni intellektin inkişafı ilə bağlı narahatlığını ifadə edib. O, NBC News-a müsahibəsində bildirib ki, süni intellekt bir milyard insanın ölümünə səbəb ola biləcək hadisələri idarə etmək üçün kifayət qədər güclüdür.
Azərbaycanın rəqəmsal investisiya sahəsində yeni əməkdaşlıq
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, AZCON Holding və "Franklin Templeton" qrupuna daxil olan "Templeton Asset Management Ltd." şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənəd AZCON Holding portfelində investisiya platformasının yaradılması və idarə olunması ilə bağlı gələcək əməkdaşlığı nəzərdə tutur.
Qətər Şərqi Qüds pozuntuları üçün media platforması təklif edib
Qətər İsrailin işğal altındakı Şərqi Qüdsdə müqəddəs yerlərə qarşı törətdiyi pozuntuların sənədləşdirilməsi məqsədilə media platformasının yaradılmasına çağırıb. Qətər Xarici İşlər Nazirliyində Dövlət Naziri Məhəmməd əl-Xüleyfi bu təklifi Birləşmiş Millətlər Təşkilatı çərçivəsində irəli sürüb.
HÜRKUŞ-II təlim təyyarəsi Türkiyə ordusuna qatılmağa hazırdır
Yeni nəsil HÜRKUŞ-II təlim təyyarəsi hərbi sertifikasiya prosesini uğurla başa vurub. Bu mərhələnin tamamlanması təyyarənin Türkiyə Hərbi Hava Qüvvələrinin arsenalına daxil olması yolunda mühüm addım kimi qiymətləndirilir. Layihə Türkiyənin müdafiə sənayesinin inkişafı istiqamətində atılan növbəti addımdır.