Bakıda "Formula 1" üzrə Azərbaycan Qran-prisinin ilk günü başlayır
Bu gün paytaxtda "Formula 1" üzrə Azərbaycan Qran-prisinə start verilir. İlk gündə iki sərbəst yürüş keçiriləcək, eyni zamanda "Formula 2" yarışları çərçivəsində sınaq yürüşü və sıralama turları da baş tutacaq. Bakı trekinin uzunluğu 20 döngə və 51 dövrədən ibarətdir, ümumi yarış məsafəsi 306,049 kilometr təşkil edir.
Si Cinpin ABŞ-dan dinc yanaşı yaşamaq üçün şərait tələb edir
Çin liderinin ABŞ-a 11 illik fasilədən sonra ilk səfəri davam edir. Si Cinpin dünən yayımlanan yazılı müraciətində əvvəlki bəyanatlarını genişləndirərək vurğulayıb ki, iki böyük dövlət dinc yanaşı yaşamaq üçün lazımi şəraitin yaradılması istiqamətində konkret tədbirlər görməlidir. Qeyd edək ki, Prezident Tramp Çin liderini Endryus hərbi bazasında şəxsən qarşılayıb - bu, ABŞ prezidentlərinin xarici liderləri hava limanında qarşılaması baxımından qeyri-adi addım kimi dəyərləndirilir.
Bolqarıstan Prezidenti BMT-də Qara dəniz təhlükəsizliyi təşəbbüsü ilə çıxış edib
Bolqarıstan Prezidenti İliyana Yotova BMT Baş Assambleyasında Qara dənizin yüksək riskli zonadan təhlükəsizlik məkanına çevrilməsi üçün çağırış edib. Nyu-Yorkda keçirilən toplantıda Yotova Qara dəniz regionunda milli və beynəlxalq təhlükəsizliyin gücləndirilməsi istiqamətində təşəbbüsünü təqdim edib.
Tayvan yerli istehsal zirehli döyüş maşınını ilk dəfə nümayiş etdirib
Tayvan Silahlanma İdarəsi adada hazırlanmış "Cheetah" ("Gepard") adlı zirehli təkərli döyüş maşınını ilk dəfə sınaq atışları zamanı ictimaiyyətə nümayiş etdirib. Taipei Times-ın məlumatına görə, "Cheetah" zirehli maşınlarının seriyalı istehsalına 2027-ci ildə başlanılması planlaşdırılır.