Xəbər İcmalı - 24.09.2026

icmal

Tramp Si Cinpini şəxsən hava limanında qarşılayıb

ABŞ Prezidenti Donald Tramp Çin Dövlət Başçısı Si Cinpini Vaşinqton yaxınlığındakı "Endryus" hərbi hava bazasında şəxsən qarşılayıb. Si Cinpinin ABŞ-yə üç günlük dövlət səfəri başlayıb - bu, Çin liderinin 10 ildən çox müddətdə Vaşinqtona ilk səfəridir. Si Cinpini xanımı Pen Liyuan müşayiət edir, onları birinci xanım Melaniya Tramp da qarşılayıb. ABŞ Prezidentinin xarici lideri şəxsən hava limanında qarşılaması nadir diplomaitk jest kimi qiymətləndirilir. İki lider arasındakı görüşlərdə ticarət, texnologiya, İran və Tayvan kimi həssas məsələlərin müzakirə olunması gözlənilir.


Türkiyə və İraq Başika-Zilkan bazası barədə razılığa gəlib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyası çərçivəsində Nyu-Yorkda İraqın Baş naziri Əli əl-Zeydini qəbul edib. Mətbuata qapalı keçən görüşdə tərəflər türk hərbçilərinin Başika-Zilkan bazasından çıxarılması barədə razılığa gəliblər. Bu, İraqın uzun müddətdir tələb etdiyi məsələlərdən biri idi.


Süni intellekt rəhbərləri BMT Təhlükəsizlik Şurasında xəbərdarlıq edib

BMT Təhlükəsizlik Şurasında süni intellekt və beynəlxalq təhlükəsizlik mövzusunda xüsusi iclas keçirilib. OpenAI başda olmaqla aparıcı texnoloji şirkətlərin rəhbərləri gələcəkdə nəzarətin süni intellektə keçməsi riskinə qarşı xəbərdarlıq edərək lazımi tənzimləmələr üçün qlobal əməkdaşlığa çağırış ediblər.


Hörmüz boğazında yük gəmisinə hücum - bir nəfər həlak olub

Hörmüz boğazında "MV Cape Dao" adlı quru yük gəmisinə mərmilərin dəyməsi nəticəsində bir nəfər həlak olub. "Hindustan Times"in məlumatına görə, hadisə gəminin Oman yaxınlığından keçdiyi vaxt baş verib. Antiqua və Barbuda bayrağı altında üzən gəmi BƏƏ-nin Mina-Səqr limanına yönəlib.


Vucic beynəlxalq sistemin dağıldığını bəyan edib

Serbiya Prezidenti Aleksandar Vucic BMT Baş Assambleyasının 81-ci sessiyasında çıxış edərək dünyada iki əsas güc mərkəzi və güclü regional aktyorlar ətrafında yeni bir nizamın formalaşdığını bildirib. Vucic "Tanıdığımız beynəlxalq sistem dağılıb" deyərək mövcud qlobal quruluşun köklü şəkildə dəyişdiyini vurğulayıb.


Ərdoğan iqlim zirvəsində çağırış edib, İsrail hücumlarında həlak olan uşaqlar anılıb

Türkiyə Prezidenti Ərdoğan BMT İqlim Zirvəsindəki çıxışında son bir ilin qeydlərə düşən ən isti dövr olduğunu bildirərək "itirəcək vaxtımız qalmayıb" mesajını verib. Ərdoğan ayrıca ABŞ-ın işgüzar dairələri ilə görüşündə BTC və TANAP boru kəmərlərinin etibarlı enerji dəhlizləri olduğunu vurğulayıb. Bu arada, Beyrutda İsrail hücumları nəticəsində həyatını itirən uşaqların xatirəsinə anım tədbiri keçirilib, Qərbi Şəriyanın Kalkilya şəhərində isə İsrail ordusunun baskınında 14 yaşlı uşaq da daxil olmaqla 2 fələstinli yaralanıb.