Zəngilanda 242 evin tikintisi başa çatıb
Zəngilan rayonunun Cahangirbəyli kəndində 242 yaşayış evinin tikintisi tamamlanıb. Cəbrayıl, Qubadlı, Zəngilan rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin icraçı direktorunun müavini Emil Ağazadə bunu jurnalistlərə açıqlayıb. Kənddə inşa edilən evlər həyətyanı sahələrlə birlikdə sakinlərə təhvil verilməyə hazırdır.
Şimali Kore nüvə silahlarından imtinaya qəti "yox" dedi
Şimali Korenin xarici işlər naziri Çoe Son Hui Kore yarımadasının nüvə silahlarından təmizlənməsi çağırışlarını rədd edib. Nazir ölkəsinin nüvə arsenalını "bütün dövrlər boyu əbədi olaraq qoruyacağını" bəyan edib. Açıqlama Şimali Korenin rəsmi KCNA agentliyi tərəfindən yayılıb.
Argentina Prezidenti BMT-ni "parazitlərin bəslənmə mənbəyi" adlandırıb
Argentina Prezidenti Xavyer Miley BMT Baş Assambleyasının iclasında çıxışı zamanı təşkilatı sərt tənqid edib. Miley BMT-ni "bürokrat-parazitlərin bəslənmə mənbəyinə çevrilmiş faydasız təşkilat" adlandıraraq qurumun öz üzərinə qoyulmuş vəzifələrin öhdəsindən gələ bilmədiyini bildiririb.
Turkish Airlines Boeing-dən 150 təyyarə sifariş edib
Turkish Airlines (Türk Hava Yolları) Boeing şirkətinə 150 ədəd 737 MAX təyyarəsi üçün rekord sifariş verib. Bu, aviaşirkətin tarixində ən böyük sifarişlərdən biri kimi qiymətləndirilir. Yeni təyyarələr şirkətin beynəlxalq uçuş şəbəkəsinin genişləndirilməsi məqsədi daşıyır.
İran Prezidenti Nyu-Yorkda Paşinyan ilə görüşüb
BMT Baş Assambleyası çərçivəsində ABŞ-da olan İran Prezidenti Məsud Pezeşkiyan Ermənistanın Baş naziri Nikol Paşinyan və Banqladeşin Baş naziri Tarık Rəhman ilə ayrı-ayrılıqda görüşlər keçirib. İran hökumətinin məlumatına görə, Pezeşkiyan-Paşinyan görüşündə ikitərəfli münasibətlər müzakirə olunub.
Azərbaycanda könüllü sığorta bazarı genişlənib
Azərbaycanda könüllü sığorta bazarı 2024-cü ilin ilk səkkiz ayında artım göstərib. Mərkəzi Bankın məlumatına görə, yanvar-avqust dövründə könüllü sığorta növləri üzrə 901,9 milyon manat sığorta haqqı toplanılıb ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə 103,7 milyon manat çoxdur.