Xəbər İcmalı - 22.09.2026

icmal

IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

Bakıda Dövlət Təhlükəsizliyi Xidmətinin təşkilatçılığı ilə IV Təhlükəsizlik Forumu öz işinə başlayıb. Forumda beynəlxalq təşkilatların, 100-dən artıq ölkənin xüsusi xidmət orqanlarının rəhbərləri və yüksəksəviyyəli nümayəndələri iştirak edir.


İsrail atəşkəsə baxmayaraq Qəzzanı vurmağa davam edir

İsrail ordusu Hamas ilə 2025-ci ildə əldə edilən atəşkəs razılaşmasına baxmayaraq Qəzza zolağına hücumlarını dayandırmır. Fələstin Səhiyyə Nazirliyinin açıqlamasına görə, son 24 saat ərzində 5 nəfər həlak olub, 25 nəfər yaralanıb. Nazirliyin məlumatına əsasən, 2023-cü ilin oktyabrından bəri davam edən hücumlarda itkilər artmaqda davam edir. Eyni zamanda, İsrail ordusunun işğal altındakı Qərbi Şeriada keçirdiyi basqınlarda daha 9 fələstinli saxlanılıb - həbs edilənlər arasında bir qadın və iki yaşlı şəxs də var.


İrlandiya naziri: Aİ İsrailə qarşı birgə hərəkət edə bilmir

İrlandiyanın Xarici İşlər, Ticarət və Müdafiə naziri Helen McEntee Avropa İttifaqının İsrailə qarşı birgə hərəkət etmək məsələsində uğursuz olduğunu və bu sahədə etimadını itirdiyini açıqlayıb. Nazir bu fikirləri BMT Baş Assambleyasında iştirak etmək üçün ABŞ-a səfəri çərçivəsində səsləndirıb. İsrail Baş naziri Binyamin Netanyahu isə etirazlardan ehtiyat edərək BMT Baş Assambleyasındakı çıxışından dərhal sonra Nyu-Yorkdan ayrılacaq və şəhərdə gecələməyəcək.


Azərbaycan 7 ayda Türkiyəyə 1,5 milyard dollarlıq qaz ixrac edib

Dövlət Statistika Komitəsinin hesabatına əsasən, Azərbaycan 2026-cı ilin yanvar-iyul aylarında Türkiyəyə təxminən 1,478 milyard dollar dəyərində 5,648 milyard kubmetr qaz ixrac edib.


ABŞ konqresmeni Türkiyənin F-35 proqramına qaytarılmasını dəstəkləyir

ABŞ Konqresinin Nümayəndələr Palatasının üzvü Co Uilson Türkiyənin F-35 qırıcılarının istehsalı proqramına geri qaytarılmasını və Ankaraya qarşı CAATSA çərçivəsində tətbiq edilən sanksiyaların ləğvini dəstəklədiyini bildirib.


DİN texnik-operator vəzifələrinə müsabiqə elan edib

Daxili İşlər Nazirliyi Bakı şəhərindəki qurumlarında vakant olan texnik-operator vəzifələrinə xidmətə qəbulla bağlı müsabiqə elan edib. Müsabiqədə ali təhsilli, 22-29 yaş arası vətəndaşlar iştirak edə bilər. Namizədlərin həqiqi hərbi xidmət müddətini tam başa vurması tələb olunur.