Tramp İran prezidenti ilə görüşə hazır olduğunu açıqlayıb
ABŞ Prezidenti Donald Tramp "Fox News" telekanalına verdiyi açıqlamada BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində İran Prezidenti Məsud Pezeşkianla görüşməyə hazır olduğunu bildirib. Tramp diplomatiya qapısını tamamilə bağlamadığını vurğulayaraq, danışıqlara açıq olduğunu ifadə edib.
İtaliya məktəblərdə niqabı qadağan edən qanun layihəsi hazırlayır
İtaliya hökuməti məktəblərdə burqa və niqab geyinməyi qadağan edən, eyni zamanda siniflərdə xarici şagirdlərin sayını məhdudlaşdıran qanun layihəsi üzərində işləyir. Baş nazir Ciorcia Meloni bu barədə "İtaliya Qardaşları" partiyasının gənclər tədbirində məlumat verib.
Ağdamda ilin sonunadək 4 yaşayış məntəqəsi təhvil veriləcək
Prezidentin Ağdam, Füzuli və Xocavənd rayonlarında xüsusi nümayəndəsi Emin Hüseynov bildirib ki, ilin sonuna qədər Ağdamda 4 yaşayış məntəqəsinin təhvil verilməsi gözlənilir. Hüseynov Böyük Qayıdış Birinci Dövlət proqramı çərçivəsində işlərin davam etdiyini qeyd edib.
Liberman Qərbi Şəriətdəki hücumdan sonra kəndin dağıdılmasına çağırıb
İsrailin "Evimiz" Partiyasının lideri Aviqdor Liberman işğal altındakı Qərbi Şəriətdə bir israillinin həlak olduğu silahlı hücumdan sonra sərt açıqlama verib. Liberman hücumu törətdiyi iddia edilən fələstinlinin kəndinin İsrail ordusu tərəfindən yerlə-yeksan edilməsini tələb edib.
Premyer Liqa: "Şamaxı" "Araz-Naxçıvan"ı məğlub edib
Azərbaycan Premyer Liqasının VI turunda "Şamaxı" öz meydanında "Araz-Naxçıvan"ı 2:1 hesabı ilə məğlub edib. Bu qələbədən sonra "Şamaxı" 9 xalla turnir cədvəlində 6-cı pilləyə yüksəlib, "Araz-Naxçıvan" isə 2 xalla 11-ci sırada qalıb.
Yaponiya xarab olan robotlar üçün təcili yardım maşını yaradıb
Yaponiyanın GMO Internet Group texnoloji şirkəti dünyada ilk dəfə olaraq xarab olan insanabənzər robotlar üçün xüsusi təcili yardım maşını hazırlayıb. Layihə ölkədə sürətlə inkişaf edən robot texnologiyalarının texniki xidmət və təmir ehtiyaclarını qarşılamaq məqsədi daşıyır.