Moskvaya kütləvi dron hücumunda ölənlərin sayı 3-ə çatıb
Ukraynanın Moskva vilayətinə kütləvi dron hücumu nəticəsində ölənlərin sayı 3 nəfərə yüksəlib. Moskva vilayətinin qubernatoru Andrey Vorobyov açıqlayıb ki, Ramenskoe şəhərində dron hücumu nəticəsində yaralananlardan biri xəstəxanada dünyasını dəyişib. Vilayətdə ümumilikdə 20 nəfərin yaralandığı bildirilir. Əvvəlki məlumatlarda ölənlərin sayı 2 nəfər olaraq açıqlanmışdı.
Pezeşkianı müşayiət edəcək jurnalistlərə ABŞ vizası verilməyib
İran Prezidenti Məsud Pezeşkianın BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak üçün Nyu-York səfəri ərəfəsində gərginlik yaranıb. ISNA-nın xəbərinə görə, Pezeşkianı ABŞ səfərində müşayiət etməli olan jurnalistlərə viza verilməyib. İran prezidenti Baş Assambleyada nitq söyləməklə yanaşı, sammit çərçivəsində bəzi ölkələrin rəhbərləri ilə görüşlər keçirməyi planlaşdırır.
İtaliyada siniflərdə xarici şagird limiti və burka qadağası müzakirəyə çıxarılır
İtaliyanın Baş naziri Giorgia Meloni siniflərdə xarici şagirdlərin sayına məhdudiyyət qoyan və məktəblərdə burka ilə başörtüsünü qadağan edən qanun layihəsinin yaxın zamanda Nazirlər Kabinetinə təqdim olunacağını bildirib. Meloni bu açıqlamanı Romada İtaliyanın Qardaşları Partiyasının tədbirində edib.
Fransada polis təqibi zamanı motosikletli gənc ağır yaralanıb, iğtişaşlar baş verib
Fransanın Centre-Val de Loire bölgəsində polis maşını ilə motosikletin toqquşması şiddətli hadisələrə səbəb olub. Indre-et-Loire ərazisindəki Saint-Pierre-des-Corps qəsəbəsində bir gənc ağır yaralanıb. Hadisədən sonra etiraz aksiyaları başlayıb və 14 avtomobil yandırılıb.
İsrail əsgərləri Cənində bir fələstinlini öldürüb, cənazəsini müsadirə edib
İsrailin işğal altındakı Qərbi Şeriyanın şimalındakı Cənin şəhərində İsrail əsgərlərinin açdığı atəş nəticəsində bir fələstinli həyatını itirib, daha bir nəfər yaralanıb. WAFA agentliyinin məlumatına görə, həlak olan şəxsin cənazəsi İsrail tərəfindən müsadirə olunub.
Tramp zəfər tağının hərbi kompleksə çevrilməsinə razılıq verib
ABŞ Prezidenti Donald Tramp Vaşinqtonda tikintisi planlaşdırılan zəfər tağının qabaqcıl hərbi kompleksə çevrilməsinə razılıq verdiyini "Truth Social" şəbəkəsində açıqlayıb. Prezident layihəni möhtəşəm adlandırıb və onun yüksək səviyyəli hərbi kompleks kimi formalaşdırılacağını bildirib.