Zelenski Rusiyanın neft obyektlərinə zərbələri təsdiqləyib
Ukrayna Prezidenti Volodimir Zelenski raket və pilotsuz uçuş aparatlarından istifadə edərək Rusiyanın Moskva və Voronej bölgələrindəki neft və müəssisə obyektlərinə hücumlar təşkil etdiklərini bəyan edib. Dövlət başçısı bunu sosial media hesabında açıqlayıb. Xatırladaq ki, bu gün ərzində Moskvanın yüzlərlə dronun hücumuna məruz qaldığı, neft emalı zavodunda yanğın baş verdiyi və iki nəfərin həlak olduğu barədə məlumatlar yayılmışdı.
Həmas rəhbəri Qəzzada humanitar böhran barədə xəbərdarlıq edib
Həmas Siyasi Bürosunun rəhbəri Xəlil əl-Həyyə Qəzza zolağında qış mövsümü öncəsi humanitar risklərin artdığını vurğulayıb. Həmasın açıqlamasına görə, Həyyə vasitəçi ölkələrlə təmaslar aparıb. İsrailin hücumlarının davam etməsi və 2023-cü ilin oktyabrından bəri dərinləşən humanitar böhran müzakirələrin əsas mövzusu olub.
Fidan Səudiyyə Ərəbistanına hərbi dəstək siqnalı verib
Türkiyə xarici işlər naziri Hakan Fidan Səudiyyə Ərəbistanına hərbi ehtiyacların ödənilməsində dəstək verilə biləcəyini bildirib. Bu açıqlama husilər tərəfindən ilk dəfə Riyadın hədəf alınmasından sonra gəlib. ABŞ də Səudiyyə Ərəbistanı ilə husilər arasındakı toqquşmaların sürətlə gərginləşə biləcəyi barədə xəbərdarlıq edib.
Şimali Koreya daha bir mərmi buraxıb
Əvvəlki icmalda Şimali Koreyanın Yapon dənizi istiqamətində ballistik raket atdığı xəbər verilmişdi. Yeni məlumata görə, KXDR daha bir naməlum mərmi buraxıb. Bu barədə Cənubi Koreya Baş Qərargahına istinadən "Yonhap" agentliyi məlumat yayıb.
Keniyalı atlet yarımmarafonda dünya rekordu qırıb
Keniyalı atlet Aqnes Nqetiç Kopenhagendə keçirilən şosse qaçışı üzrə dünya çempionatında yeni rekord müəyyənləşdirib. 25 yaşlı idmançı qadınlar arasında yarımmarafonda 21,1 kilometr məsafəni 1 saat 5 dəqiqə 15 saniyəyə qət edərək dünya rekordunu yeniləyib.
Ərdoğan BMT Baş Assambleyasında 16-cı dəfə çıxış edəcək
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 22-də BMT-nin 81-ci Baş Assambleyasında çıxış edəcək. Bu, Ərdoğanın 2005-ci ildən bəri BMT tribunasından 16-cı çıxışı olacaq. Onun çıxışında qlobal problemlərə dair mövqe səsləndirməsi gözlənilir.