Şimali Koreya Şərq Dənizinə ballistik raket atıb
Şimali Koreya ordusu Vonsan bölgəsindən Şərq Dənizi istiqamətində yeni ballistik raket buraxıb. Cənubi Koreya Baş Qərargahının məlumatına görə, raket yerli vaxtla təxminən saat 15:00-da atılıb. Bu addım Koreya Yarımadasında və regionda gərginliyi daha da artırıb.
"Əsrin Müqaviləsi"nin imzalanmasından 32 il ötür
Azərbaycanın ən böyük neft yatağı olan Azəri-Çıraq-Günəşli hövzəsinin istismarını nəzərdə tutan "Əsrin Müqaviləsi" 32 yaşına çatıb. Müstəqilliyin ilk illərində iqtisadi çətinliklərlə üzləşən Azərbaycanda bu müqavilə ölkəni dünya enerji bazarına çıxaran tarixi sənəd kimi qiymətləndirilir.
İŞİD üzvlüyündə ittiham olunan 6 Fransa vətəndaşının Bağdadda məhkəməsi başlayıb
İraqda terror təşkilatı İŞİD-ə üzv olmaqda ittiham olunan altı Fransa vətəndaşının məhkəmə prosesinə start verilib. Bu şəxslər 2025-ci ildə Suriyadan İraqa köçürülüb. Davanın ilk iclası Bağdadın Karkh Cinayət Məhkəməsində keçirilib.
Le Monde: Fransa Rusiyanın hibrid hücumlarına hərbi üsullarla cavab verir
Fransanın nüfuzlu Le Monde qəzeti iddia edib ki, Paris artıq Rusiyanın hibrid hücumlarına qarşı adi hərbi üsullarla cavab verir. Məqalədə Prezident Makronun ölkənin kritik infrastrukturuna yönəlmiş hibrid təhdidlərin gərginləşmə riskini vurğuladığı qeyd olunub.
Rusiya-ABŞ nümayəndələrinin yeni görüşü planlaşdırılır
Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib ki, ikitərəfli münasibətlərdəki problemlərin həlli üçün yaxın həftələrdə Rusiya-ABŞ nümayəndələrinin yeni görüşü planlaşdırılır. Ryabkovun sözlərinə görə, bu cür görüşlər artıq müntəzəm xarakter alıb.
Macarıstanın "Pakş" AES-inin gücü nasazlıq səbəbindən azaldılıb
Macarıstandakı "Pakş" atom elektrik stansiyasının ikinci enerji blokunun iş gücü mexaniki avadanlığın nasazlığı səbəbindən azaldılıb. Stansiyanın standart gücü 2 min meqavat olduğu halda, hazırda güc 150 meqavata enib. Məlumatı MVM dövlət korporasiyasına istinadən "Reuters" agentliyi yayıb.