Moskvaya kütləvi İHA hücumu: neft emalı zavodunda yanğın, ölənlər var
Rusiyanın paytaxtı Moskva və ətrafına gecə saatlarında geniş miqyaslı İHA hücumları həyata keçirilib. Moskva meri Sergey Sobyanin hava müdafiə sistemlərinin bütün müdafiə xətlərində 1600-dən çox İHA-nı zərərsizləşdirdiyini açıqlayıb. Hücumlar nəticəsində neft emalı zavodunda yanğın baş verib, ölən və yaralananlar var. Hücumların Ukrayna tərəfindən həyata keçirildiyi bildirilir.
İran ABŞ ilə müharibənin dayandırılması üçün şərtlərini vasitəçilərə çatdırıb
İran Milli Təhlükəsizlik Ali Şurasının Baş Katibi Möhsin Rzai ABŞ ilə müharibənin dayandırılması üçün Tehranın şərtlərinin Qətər və Pakistan vasitəçiləri ilə çatdırıldığını bəyan edib. Rzai bu açıqlamanı Qətər mətbuatına verib və Vaşinqtonla mümkün danışıqlar barədə rəhbərliyin mövqeyini ifadə edib.
"Əsrin müqaviləsi"nin 32-ci ildönümü: AÇG-dən 628 milyon ton neft hasil edilib
Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu "Əsrin müqaviləsi"nin imzalanmasından 32 il ötür. Azəri-Çıraq-Günəşli yataqlar bloku üzrə bu müddətdə 628 milyon tondan çox neft və 253 milyard kubmetr qaz hasil edilib. Energetika naziri Pərviz Şahbazov bu tarixi sazişin Xəzərin neft sərvətlərini Azərbaycanın iqtisadi qüdrətinə, beynəlxalq etimada və strateji enerji tərəfdaşlığına çevirdiyini vurğulayıb.
Xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasına yola düşüb
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov sentyabrın 20-də ABŞ-nin Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. Səfərin məqsədi BMT Baş Assambleyasının 81-ci sessiyasında iştirak etməkdir.
Boksçularımız Avropa çempionatında 1/4 finala yüksəlib
Sofiyada davam edən boks üzrə Avropa çempionatının üçüncü günündə Azərbaycan millisinin 2 üzvü 1/4 finala vəsiqə qazanıb. 55 kq çəki dərəcəsində mübarizə aparan Amin Məmmədzadə 1/8 finalda ermənistanlı rəqibi Jirayr Sarkisyanı məğlub edərək növbəti mərhələyə adlayıb.
Almaniyada əyalət seçkiləri başlayıb
Almaniyanın Berlin və Meklenburq-Ön Pomeraniya əyalətlərində əyalət parlamentlərinin tərkibini müəyyən etmək üçün səsvermə keçirilir. Səsvermə yerli vaxtla saat 08:00-da başlayıb və 18:00-a qədər davam edəcək.