ABŞ və İran arasında qarşılıqlı hərbi zərbələr endirilib
ABŞ Silahlı Qüvvələri İranda hərbi obyektlərə zərbələr endirərək pilotsuz uçuş aparatlarını məhv edib. Reuters agentliyinin amerikalı rəsmilərə istinadən verdiyi məlumata görə, bu zərbələr ABŞ qüvvələri və Hörmüz boğazında kommersiya gəmiçiliyi üçün təhlükə yaradan hədəflərə qarşı yönəlib. Cavab olaraq, İran İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəndər Abbas yaxınlığında ABŞ-yə məxsus hərbi hava bazasına zərbə endirdiyini açıqlayıb və gələcək hücumlara daha sərt cavab veriləcəyini bəyan edib.
İran strateji "qırmızı xətlərindən" geri addım atmayacağını bildirib
İran Parlamenti Milli Təhlükəsizlik və Xarici Siyasət Komissiyasının sədri İbrahim Əzizi ABŞ Prezidenti Donald Trampın təhdidlərinə cavab olaraq ölkəsinin milli maraqlarından imtina etməyəcəyini vurğulayıb. Komissiya sədri rəsmi açıqlamasında qeyd edib ki, İran uraniumun zənginləşdirilməsi, zənginləşdirilmiş uraniumun saxlanılması hüququndan və Hörmüz boğazındakı suverenliyindən heç bir halda geri addım atmayacaq.
Avropa İttifaqı Ukraynaya 28.3 milyard avro hərbi dəstək ayıracaq
Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen Vyanada verdiyi bəyanatda Ukraynanın hərbi müdafiəsinə önəmli maliyyə dəstəyi ayrılacağını elan edib. Bildirilib ki, 2026-cı ildə Kiyevə təqdim ediləcək 90 milyard avroluq ümumi maliyyələşdirmə paketinin 28.3 milyard avrosu birbaşa hərbi ehtiyacların təmin olunmasına yönəldiləcək.
Livanın cənubundakı Səyyida şəhərinə hava hücumu təşkil edilib
İsrail ordusunun Livanın cənubunda yerləşən Səyyida şəhərində bir yaşayış evinə endirdiyi hava zərbəsi nəticəsində 2 nəfər həyatını itirib. Yerli mənbələrin məlumatına görə, Beyrutun cənubundakı bu hücum nəticəsində bina dağılıb və bir neçə sakin dağıntılar altında qalıb. Hadisə yerində xilasetmə işləri davam etdirilir.
Google mühəndisi məxfi məlumatlarla qanunsuz qazanc əldə etməkdə ittiham olunur
ABŞ Ədalət Departamenti Google şirkətində 12 ildən çox çalışan proqram mühəndisi Michele Spagnuolonu daxili ticarətdə ittiham edib. İddiaya əsasən, mühəndis texnologiya nəhənginin məxfi biznes məlumatlarından istifadə edərək Polymarket platformasında qeyri-qanuni yolla 1.2 miyon dollar vəsait qazanıb.