Xəbər İcmalı - 26.05.2026

icmal

Saat 09:00 - Xəbər İcmalı

İsrail Lübnan əleyhinə hücumları şiddətləndirmə qərarı alıb

İsrail hökuməti atəşkəsə baxmayaraq Lübnan əleyhinə hərbi əməliyyatları artırmaq qərarına gəlib. İsrailin Walla xəbər saytı təhlükəsizlik mənbələrinə istinadən bildirib ki, bu qərar Hizbulla tərəfindən səssiz uçan dronlarla həyata keçirilən hücumlara cavab olaraq qəbul edilib. Xatırladaq ki, İsrail-Lübnan münaqişəsində ölüm sayı artıq 3 min 185-ə çatıb.


Ağsuda ağır yol qəzası - 2 nəfər həlak olub

Ağsu rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Qəza Dilman-Xatman avtomobil yolunun Dilman kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Minik avtomobilinin sürücüsü idarəetməni itirərək yoldan çıxıb. Avtomobil Ağsu çayı üzərindəki qoruyucu daş-beton bəndə çırpılıb və çay yatağına düşüb. Hadisə nəticəsində 2 nəfər həyatını itirib, 2 nəfər ağır yaralanıb.


Hava proqnozu - 26 may 2026

Azərbaycan ərazisində bu gün müxtəlif hava şəraiti müşahidə olunacaq. Ölkənin bir çox bölgələrində buludlu hava hakim olacaq, bəzi rayonlarda yağış gözlənilir. Ən isti nöqtə Zəngilan olacaq - havanın temperaturu 31 dərəcəyə qədər yüksəlməsi proqnozlaşdırılır.


Kriptovalyuta bazarında geriləmə

Bitkoinin qiyməti son sutka ərzində 0,48 faiz azalaraq 76 585 ABŞ dolları səviyyəsinə düşüb. CoinMarketCap platformasının məlumatına görə, Ethereum da ucuzlaşaraq 0,14 faiz dəyər itirib. Analitiklər satış təzyiqinin azaldığını, lakin alıcıların da mövqelərini genişləndirməkdə tərəddüd etdiklərini qeyd edirlər. Bazarda zəif ticarət fəaliyyəti makroiqtisadi gözləmələrlə əlaqələndirilir.


Türkiyənin xarici ticarət sıralamalarında geriləmə

Dünya Ticarət Təşkilatının 2025-ci il məlumatlarına əsasən, Türkiyənin idxalı 365,4 milyard dollar təşkil edərək dünya sıralamalarında 22-ci yerə düşüb. Ölkənin ixracatı isə 273,4 milyard dollara geriləyərək əvvəlki dövrlə müqayisədə 31-ci sıraya enib.


Frankfurt Türk Film Festivalı Merve Dizdara mükafat verəcək

26-cı Frankfurt Türk Film Festivalı iyunun 12-19 tarixlərində keçiriləcək. Bu ilin fəaliyyət mükafatı Kann Film Festivalında "Ən Yaxşı Qadın Aktrisa" adına layiq görülmüş aktirsa Merve Dizdara təqdim olunacaq. Mükafat mərasimi iyunun 18-də festivalın bağlanış gecəsində baş tutacaq.