Xəbər İcmalı - 15.05.2026

icmal

Saat 8:00 - Xəbər İcmalı

Böyük Qayıdış davam edir: Zəngilan və Cəbrayıla növbəti köçkün karvanları yola düşüb

Prezident İlham Əliyevin tapşırığı ilə işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış prosesinin yeni mərhələsi başlayıb. Zəngilan şəhərinəCəbrayıl rayonunun Şükürbəyli kəndinə növbəti köç karvanları yola salınıb. Bu addım məcburi köçkünlərin doğma yurdlarına qayıtması istiqamətində mühüm əhəmiyyət daşıyır.


ABŞ İsrail-Livan danışıqlarının üçüncü raundunu "məhsuldar" adlandırıb

İsrail və Livan arasında Vaşinqtonda keçirilən üçüncü raund danışıqlar müsbət nəticələrlə yekunlaşıb. ABŞ Dövlət Departamentinin yüksək vəzifəli məmuru müzakirələri "müsbət və məhsuldar" kimi qiymətləndirib. Tərəflər arasında ABŞ-ın vasitəçiliyi ilə aparılan danışıqlar cümə günü davam edəcək.


Meksikada dövlət neft şirkətinin rəhbərliyi dəyişdirilib

Meksika prezidenti Klaudiya Şeynbaum ölkənin ən böyük neft və qaz şirkəti olan "Pemex"in baş direktorunun dəyişdirildiyini rəsmi şəkildə elan edib. Əvvəlki direktor Viktor Rodriqes Padilya vəzifəsindən ayrılıb, şirkətin yeni rəhbəri Xuan Karlos Karpio Fraqoso təyin olunub.