Xəbər İcmalı - 15.05.2026

icmal

Saat 11:00 - Xəbər İcmalı

Şi Cinpin və Tramp Pekində təkrar görüşdü. Çin Dövlət Başçısı Şi Cinpin və ABD Prezidenti Donald Tramp bu gün Pekinin mərkəzindəki Zhongnanhai sarayında yenidən bir araya gəliblər. İki lider bilateral münasibətlər və beynəlxalq məsələlər barədə müzakirələr aparıb. Görüşdə qısa gəzintinin ardından hər iki tərəfin nazirləri və yüksək səviyyəli rəsmi nümayəndələri də iştirak edib. Xatırladaq ki, Şi Cinpin Trampın şərəfinə böyük qəbul yeməyi də təşkil edib.


Azərbaycanda ictimai nəqliyyatda üztanıma ilə ödəniş dövrü başladı. Azərbaycan Dəmir Yolları bu gündən etibarən "SİMA Pay" üztanıma texnologiyası ilə ödəniş sistemini tətbiq edib. Bu, ölkədə ictimai nəqliyyatda ilk dəfə tətbiq olunan belə bir sistemdir. İlkin mərhələdə Bakı Dəmiryol Vağzalı və Sumqayıt istiqamətində sərnişinlər bu xidmətdən yararlana biləcəklər.


ABD komandanı: İran Hörmüz boğazında nüfuzunu qoruyur. ABD Mərkəzi Qüvvələrin Komandanı Admiral Brad Kuper İranın hərbi gücünün ciddi şəkildə zəifləməsinə baxmayaraq, Hörmüz boğazı üzərindəki nəzarətini qoruduğunu bildirib. Kuper Senatın Silahlı Xidmətlər Komitəsinə təqdim etdiyi məlumatda ABD və İsrailin hava əməliyyatlarının İranın hərbi infrastrukturuna vurduğu ziyanı qeyd edib.


İraq Parlamentindən yeni hökumətə etimad səsi. İraqın yeni baş naziri Ali Zeydi Parlamentdə etimad səsini alaraq rəsmi olaraq vəzifəsinə başlayıb. Parlamentin 270 nümayəndəsinin iştirakı ilə keçirilən oturumda 14 nazirin təyin olunması təsdiq edilib.


Kəlbəcərin Zar kəndində 855 ailənin məskunlaşması planlaşdırılır. İşğaldan azad olunmuş Kəlbəcər rayonunun dəniz səviyyəsindən təxminən 2400 metr yüksəklikdə yerləşən Zar kəndinin yenidən qurulması davam edir. 2023-cü ildə təməli qoyulmuş kənddə 855 ailənin məskunlaşdırılması nəzərdə tutulur.


Bakı Şəhərsalma Forumuna hazırlaşır. Mayın 17-22-də keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyası (WUF13) ərəfəsində Bakı Metropoliteni xüsusi iş rejiminə keçəcək. Forumun ilk günü olan mayın 17-sindən etibarən qatarların hərəkət qrafikində dəyişikliklər ediləcək. Eyni zamanda, Bakıda "Dayanıqlı və davamlı şəhər inkişafı üçün insan kapitalının formalaşdırılması" mövzusunda beynəlxalq konfrans keçirilir.