Saat 12:00 - Xəbər İcmalı
Prezident İlham Əliyev Slovakiya nümayəndə heyətini qəbul edib. Azərbaycan Prezidenti İlham Əliyev mayın 13-də Slovakiya Respublikası Milli Şurasının sədri Rixard Raşinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə ötən il baş tutan rəsmi səfərə istinad olunub və iki ölkə arasındakı əlaqələrin gücləndirilməsinin vacibliyi vurğulanıb.
WUF13 ilə bağlı Bakıda mühüm tədbirlər görülür. Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasının keçirilməsi ərəfəsində Bakı şəhərindəki ümumi təhsil müəssisələrinin V-XI siniflərində tədris prosesi 18-22 may tarixlərində distant formada - "Rəqəmsal məktəb" platforması üzərindən aparılacaq. Pirallahı və Qaradağ rayonları bu qərara daxil deyil. Eyni zamanda, WUF13 Azərbaycan Əməliyyat Şirkətinin icraçı direktoru Adil Məmmədov bildirib ki, forumun akkreditasiya mərkəzində çalışacaq bütün şəxslər azərbaycanlıdır və proses heç bir xarici platformaya əsaslanmır.
Baş prokuror Kamran Əliyev mayın 20-də Xankəndidə vətəndaşları qəbul edəcək. Qəbul saat 10:00-da Xankəndi şəhər prokurorluğunun inzibati binasında keçiriləcək. Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Xankəndi, Ağdərə, Xocalı, Xocavənd və Şuşa rayon sakinlərinin müraciətlərinə baxılacaq.
ABŞ Dövlət katibi Rubionun Pekin səfəri diqqət çəkib. Marco Rubio Çinə gri idman kostümü ilə getməsi ilə beynəlxalq ictimaiyyətin müzakirə mövzusuna çevrilib. Rubionun seçdiyi geyim Venezuela lideri Nicolas Maduronun ABŞ əməliyyatı zamanı geyindiyi paltarla eyni olub. Diplomatik çevrələr bunu simvolik mesaj kimi dəyərləndiriblər.
Avstriya ABŞ təyyarələrinə qarşı qırıcılarını havaya qaldırıb. Avstriyanın Müdafiə Nazirliyi bildirib ki, ABŞ-yə məxsus iki PC-12/U-28A kəşfiyyat-nəqliyyat təyyarəsi ölkənin hava məkanını pozub. Bundan sonra Avstriya hərbi hava qüvvələri müdaxilə edib. Bu təyyarələr adətən taktiki kəşfiyyat və xüsusi təyinatlı qüvvələrin əməliyyatlarında istifadə olunur.
Moskvada güclü yanğın baş verib. Rusiyanın paytaxtında "Kreml v İzmaylove" kompleksinin ərazisində alov muzey kompleksi yaxınlığında 3 min kvadratmetr sahəni əhatə edib. Yanğın alışma kvestlərin yerləşdiyi texniki otaqlardan birində başlayıb. Hadisə zamanı kompleksdə ziyarətçilər olub.
Magistraturaya qəbul imtahanında 23 mindən çox şəxs iştirak edəcək. Dövlət İmtahan Mərkəzi 17 may tarixində ali təhsil müəssisələrinin magistraturalarına qəbul üzrə ikinci cəhd imtahanını keçirəcək. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Abşeron, Mingəçevir və Lənkəranda təşkil olunacaq.