Saat 19:00 - Xəbər İcmalı
Pakistan Əfqanıstanın müvəqqəti işlər vəkilini Xarici İşlər Nazirliyinə çağırıb. Əfqanıstanın Pakistandakı müvəqqəti işlər vəkili polis məntəqəsinə edilən terror hücumu ilə əlaqədar Pakistan XİN-ə çağırılıb. Pakistan tərəfi rəsmi açıqlama yayaraq bildirib ki, araşdırmalar hücumun Əfqanıstanda sığınacaq tapan Fitnə əl-Xəvaric qrupunun terrorçuları tərəfindən həyata keçirildiyini göstərir.
BMT baş katibi Antonio Quterreş Kubaya qarşı sanksiyaların beynəlxalq hüququ pozduğunu bəyan edib. Nayrobidə keçirilən mətbuat konfransında çıxış edən Quterreş böhranın həlli üçün hərbi yolla deyil, dialoqla yanaşmağın vacibliyini vurğulayıb. Baş katib Kubaya qarşı tətbiq olunan sanksiyaların beynəlxalq hüquq normalarına zidd olduğunu açıq şəkildə ifadə edib.
Avropa Birliyi İsrailli yaşayış məntəqə qurucularına qarşı sanksiyaları təsdiq edib. AB Xarici İşlər və Təhlükəsizlik Siyasəti Yüksək Nümayəndəsi Kaja Kallas Brüsseldə keçirilən AB Xarici İşlər Şurasının iclasında bildirib ki, fələstinlilərə şiddət tətbiq edən İsrailli yaşayış məntəqə qurucularına qarşı sanksiyalar barədə razılıq əldə olunub.
Litva Hərbi Akademiyasının nümayəndə heyəti Azərbaycanda səfərdədir. İki ölkə arasında imzalanmış 2026-cı il üçün ikitərəfli hərbi əməkdaşlıq Planına əsasən ölkəmizə gələn Litva nümayəndə heyəti səfər çərçivəsində Laçın, Xankəndi və Şuşaya da baş çəkəcək. Səfər hərbi sahədə əməkdaşlığın gücləndirilməsinə yönəlib.
Solana blokçeyn şəbəkəsi tarixinin ən böyük konsensus yeniləməsini sınağa buraxıb.Alpenglow adlanan yeniləmə Solana əsas tərtibatçı şirkəti Anza tərəfindən ictimai sınaq klasterində işə salınıb. Yeniləmə şəbəkənin konsensus mexanizmində əhəmiyyətli dəyişikliklər gətirə bilər. Eyni zamanda, ABŞ-da Senatın stablecoyn qanunvericiliyi ətrafında banklar sektoru ilə gərginlik artır - Amerikanın Bankçılar Assosiasiyası xəbərdarlıq edib ki, gəlir hədləri sərtləşdirilməsə, depozitlərin stablecoynlərə axması riski yaranacaq.