Xəbər İcmalı - 09.05.2026

icmal

Saat 7:00 - Xəbər İcmalı

Tramp atəşkəsin uzadılmasından danışıb. ABŞ Prezidenti Donald Tramp Rusiya ilə Ukrayna arasında mayın 9-11 tarixlərində qüvvəyə minəcək atəşkəsin uzadıla biləcəyini güman etdiyini bildirib. Tramp Ağ Evin Cənub çəmənliyində jurnalistlərə açıqlamasında "Mən bu münaqişənin sona çatmasını istərdim" deyərək atəşkəsin müsbət nəticə verəcəyinə ümid etdiyini ifadə edib.


ABŞ-İran gərginliyi artır, yeni danışıqlar gözlənilir. Tramp İranla danışıqlarda irəliləyiş əldə olunmadığı təqdirdə Hörmüz boğazında "Azadlıq Layihəsi" əməliyyatını bərpa edə biləcəklərini bəyan edib. Eyni zamanda, "The Wall Street Journal" mənbələrə istinadən yazır ki, ABŞ və İran arasında danışıqların növbəti mərhələsi gələn həftə İslamabadda keçirilə bilər. Tərəflər üçüncü ölkənin vasitəçiliyi ilə bir aylıq danışıq prosesinin şərtlərini müəyyənləşdirməyə çalışırlar.


Tramp ABŞ qoşunlarının Almaniyadan Polşaya köçürülməsini istisna etmir. ABŞ Prezidenti Almaniya kansleri Fridrix Mertslərlə yaşanan fikir ayrılıqlarının fonunda Amerika hərbçilərinin Polşaya yenidən yerləşdirilməsi ehtimalından söz açıb. Tramp həmçinin Meksika barədə sərt açıqlamalar verərək, ölkədə real hakimiyyətin narkokartellərin əlində olduğunu iddia edib.


Belçika Ukraynaya 53 ədəd F-16 qırıcısı verməyi öhdəsinə götürüb. Belçikanın müdafiə naziri Te Franken bildirib ki, ölkə 2029-cu ilin sonuna qədər əlindəki bütün F-16 təyyarələrini Ukraynaya təhvil verməyi planlaşdırır. İlk yeddi qırıcının 2026-cı ildə göndərilməsi nəzərdə tutulur, lakin bu günə qədər Kiyevə hələ bir təyyarə belə verilməyib.


Keniyada qızıl mədənində faciə. Ölkənin şimal-qərb bölgəsində qanunsuz fəaliyyət göstərən qızıl mədənində uçqun baş verib. Hadisə nəticəsində azı 15 nəfər, o cümlədən 10 qadın həlak olub. Daha 12 yaralı xəstəxanaya aparılıb, axtarış-xilasetmə əməliyyatları davam edir.


ABŞ Sakit okeanda narkotik qaçaqmalçılığına qarşı əməliyyat keçirib. Amerika hərbçiləri Sakit Okeanın şərqində narkotik daşıyan bir gəmiyə zərbə endirib. ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı açıqlayıb ki, kəşfiyyat gəminin məlum qaçaqmalçılıq marşrutları boyunca hərəkət etdiyini müəyyən edib.