Xəbər İcmalı - 09.05.2026

icmal

Saat 23:00 - Xəbər İcmalı

Azərbaycan Premyer Liqasında "Sumqayıt" qələbə qazanıb. XXXI turun oyununda "Sumqayıt" ev sahəsində "Araz-Naxçıvan" komandasını 2:1 hesabı ilə məğlub edib. Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilən matçdan sonra "Sumqayıt" xal sayını 41-ə çatdıraraq turnir cədvəlində 6-cı pilləyə yüksəlib.


Zayn Malik ailəsi Filistinə dəstək çağırışı edib. Dünyaca məşhur müğənni Zayn Malik və ailə üzvləri sosial media vasitəsilə müraciət yayaraq, fanatlardan çiçək göndərmək əvəzinə Filistinə yardım edən xeyriyyə təşkilatlarına bağış etmələrini xahiş ediblər. Çağırış internetdə geniş əks-səda doğurub.