Xəbər İcmalı - 04.05.2026

icmal

Saat 22:00 - Xəbər İcmalı

Tramp İrana kəskin xəbərdarlıq etdi: "Yer üzündən silinəcəksiniz"

ABŞ Prezidenti Donald Tramp İrana qarşı son dərəcə sərt bəyanat verib. Tramp "Fox News"a müsahibəsində bildirib ki, əgər İran hərbçiləri Hörmüz boğazından keçən ABŞ gəmilərinə hücum edərlərsə, İslam Respublikası tamamilə məhv olacaq. Tramp İrana iki seçim təklif edib: ya ABŞ ilə dostluq etmək, ya da ağır nəticələrlə üzləşmək. Bu açıqlama Hörmüz boğazı ətrafında davam edən gərginliyin fonunda səslənib və dünya neft ticarət marşrutunun təhlükəsizliyi ilə bağlı narahatlıqları daha da artırıb.


Rusiya 8 və 9 may tarixlərində Ukrayna ilə atəşkəs elan edib

Rusiya İkinci Dünya müharibəsində Qələbə Gününün qeyd olunması münasibətilə 8 və 9 may tarixlərində birtərəfli atəşkəs elan edib. Bu barədə Rusiyanın Müdafiə Nazirliyindən rəsmi məlumat verilib. Atəşkəs elanı Rusiya-Ukrayna münaqişəsinin davam etdiyi bir dövrdə diqqət çəkən addım kimi qiymətləndirilir.


Almaniyada avtomobil yayaların arasına daxil olub: 2 ölü, 8 yaralı

Almaniyanın Leipzig şəhərində ağır yol hadisəsi baş verib. Bir avtomobil yayaların toplandığı əraziyə sürülmüş, nəticədə 2 nəfər həyatını itirib, 8 nəfər xəsarət alıb. Leipzig şəhərinin meri Burkhard Yunq mediaya açıqlama verərək sürücünün saxlanıldığını təsdiq edib. Hadisənin səbəbləri araşdırılır.


Premyer Liqa: "Qarabağ" "Turan Tovuz"u məğlub edərək fərqi artırıb

"Qarabağ" Premyer Liqanın XXX turunda "Turan Tovuz"u 2:1 hesabı ilə məğlub edib. Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən matçda Leandro Andradenin 50-ci dəqiqədə cərimə zərbəsindən vurduğu qol qələbədə mühüm rol oynayıb. Bu nəticə ilə "Qarabağ" cədvəldə üçüncü yerdə qərarlaşan rəqibindən bir qədər də uzaqlaşıb.


Amsterdamda benzinli avtomobillərin reklamı qadağan edildi

Mayın 1-dən etibarən Niderlandın paytaxtı Amsterdamda benzinlə işləyən avtomobillərin, hamburgerlərin və aviaşirkətlərin reklamları ictimai nəqliyyat dayanacaqlarından və küçə reklam lövhələrindən yığışdırılıb. Şəhər rəsmiləri bu addımın Amsterdamın küçə mühitini yerli hakimiyyətin iqlim siyasətinə uyğunlaşdırmaq məqsədi daşıdığını bildiriblər.


Prezident Əliyevin adından İtaliya Baş nazirinin şərəfinə işçi şam yeməyi verilib

Mayın 4-də Azərbaycan Prezidenti İlham Əliyevin adından İtaliya Nazirlər Şurasının sədri Corciya Meloninin şərəfinə işçi şam yeməyi təşkil olunub.