Xəbər İcmalı - 03.05.2026

icmal

Saat 20:00 - Xəbər İcmalı

Birinci vitse-prezident Mehriban Əliyeva Bakıda keçirilən bədii gimnastika üzrə Avropa kubokunu izləyib. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva ailə üzvləri ilə birlikdə mayın 3-də Milli Gimnastika Arenasında bədii gimnastika üzrə Avropa kuboku yarışlarını izləyib. Avropa kuboku bu il Bakıda keçirilir.


"Bakı Marafonu 2026" yeni formatda keçirilib. Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan maraton ilk dəfə olaraq tam 42 kilometrlik məsafədə icra edilib. Əvvəlki illərdə yalnız 21 kilometrlik yarımmaraton keçirilirdi. Start və finiş zonalarında canlı konsert və əyləncə proqramları təqdim olunub.


Fransanın hərbi poliqonunda keçirilən şənlikdə 30-dan çox insan xəsarət alıb. Hadisə Şer departamentinin Burj şəhəri yaxınlığındakı hərbi təlim poliqonunda baş verib. Fransanın Daxili İşlər naziri Loran Nunyes hadisə yerinə şəxsən baş çəkib. Nazir bildirib ki, xəsarət alanlardan 28 nəfərin vəziyyəti sabit qiymətləndirilir.


Roma Papası XIV Leo müharibə zonalarında həlak olan jurnalistləri yad edib. Papa Ümumdünya Mətbuat Azadlığı Günü münasibətilə dünya üzrə media azadlığının pozulmasını pisləyib. Vatikanın Müqəddəs Pyotr meydanında bazar günü ənənəvi duasının sonunda çıxış edən Papa müharibə bölgələrində reportaj hazırlayarkən həyatını itirən jurnalistlərin xatirəsini anıb.


İran və Almanya xarici işlər nazirləri regional münaqişələri müzakirə ediblər. İran Xarici İşlər naziri Abbas Arakçi ilə Almaniyanın Xarici İşlər naziri Johann Wadephul telefon danışığı aparıblar. İran Xarici İşlər Nazirliyinin açıqlamasına görə, iki diplomat regional problemləri və cari münaqişələrin sülh yolu ilə həllini müzakirə edib.


Əfsanəvi menecer Ser Aleks Ferqyuson xəstəxanaya yerləşdirilib. 84 yaşlı keçmiş Manchester United meneceri bazar günü Old Trafford stadionunda Manchester United-Liverpool matçından qısa müddət əvvəl sağlamlıq problemi yaşayıb. Mənbələr bildirirlər ki, xəstəxanaya yerləşdirilmə ehtiyat məqsədi ilə atılmış addımdır.