Xəbər İcmalı - 01.05.2026

icmal

Saat 20:00 - Xəbər İcmalı

Ağdamda ağır yol qəzası: 2 ölü, 4 yaralı. Ağdam rayonunun işğaldan azad edilmiş Xıdırlı kəndi ərazisində, Xankəndi-Ağdam yolunda ağır yol-nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan "VAZ-2107" markalı minik avtomobili qarşıdan gələn "Opel" markalı avtomobillə toqquşub. Qəza nəticəsində 2 nəfər həyatını itirib, 4 nəfər isə ağır xəsarətlər alıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


TÜRKPA Azərbaycan Milli Məclisinin qərarını dəstəkləyib. Türk Dövlətləri Parlamentar Assambleyasının Baş katibi Milli Məclisin Avropa Parlamenti ilə əməkdaşlığın dayandırılması haqqında qərarına dair bəyanat yayıb. Bəyanatda bu addımın Avropa Parlamentinin son illər ərzində Azərbaycana qarşı nümayiş etdirdiyi qərəzli yanaşmanın nəticəsi olduğu vurğulanıb.


Texasda kiçik təyyarə qəzaya uğrayıb, 5 nəfər ölüb. ABŞ-nin Texas ştatında, Ostin şəhəri yaxınlığında gecə saatlarında "Cessna 421C" tipli kiçik təyyarə qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarədə olan beş nəfərin hamısı həyatını itirib. Milli Nəqliyyat Təhlükəsizliyi Şurası və Federal Mülki Aviasiya İdarəsi qəzanın səbəblərini araşdırır.


Nazirlər Kabineti "Milli Yaşıl Taksonomiya"nı təsdiq edib. Baş nazir Əli Əsədovun imzaladığı qərara əsasən, dövlət orqanları və nəzarəti dövlətə məxsus olan hüquqi şəxslər bundan sonra bu taksonomiyaya uyğun fəaliyyət göstərməli olacaq. Taksonomiya yaşıl maliyyələşdirmə və ekoloji layihələrin standartlaşdırılması baxımından mühüm addım hesab edilir.


Şahdəniz yatağından bu günə qədər 271 milyard kubmetr qaz hasil olunub. 2006-cı ildə istismara başlanan Şahdəniz yatağında 2026-cı ilin birinci rübünün sonuna qədər təxminən 271 milyard kubmetr qaz və 53 milyon ton kondensat istehsal edilib. Yalnız 2026-cı ilin ilk üç ayında Şahdəniz Alfa və Şahdəniz Bravo platformalarından birlikdə təqribən 7 milyard standart kubmetr qaz hasil olunub.


İranın xarici işlər naziri ABŞ-nin hərbi xərclərini açıqlayıb. Abbas Əraqçi bildirib ki, ABŞ-nin İrana qarşı hərbi kampaniyasının dəyəri 100 milyard dollara çatıb - bu rəqəm Pentaqon rəsmilərinin açıqladığından dörd dəfə çoxdur. Əraqçi Pentaqonun həqiqi xərcləri gizlətdiyini iddia edib.