Xəbər İcmalı - 29.04.2026

icmal

Saat 19:00 - Xəbər İcmalı

Azərbaycan-Ermənistan sərhəd delimitasiyası üzrə növbəti iclas keçirilib

Azərbaycan və Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının 13-cü iclası aprelin 29-da Ermənistanın Ağverənd şəhərində baş tutub. İclasa Azərbaycan Baş Nazirinin müavini Şahin Mustafayev və Ermənistan Baş Nazirinin müavini Mher Qriqoryan sədrlik ediblər. Tərəflər sərhəd xəttinin müəyyənləşdirilməsi istiqamətində danışıqları davam etdiriblər.


ABŞ və İran atəşkəsin uzadılmasına meyllidir - Hakan Fidan

Türkiyənin Xarici İşlər Naziri Hakan Fidan Vyanada Avstriya xarici işlər naziri ilə keçirdiyi mətbuat konfransında bildirib ki, ABŞ və İran atəşkəsin uzadılması məsələsini nəzərdən keçirməyə meyllidirlər. Fidan vurğulayıb ki, hazırkı şəraitdə atəşkəsin uzadılması son dərəcə mühüm məsələdir.


Qafqaz Müsəlmanları İdarəsi Ümumdünya Kilsələr Şurasının bəyanatına etiraz edib

Qafqaz Müsəlmanları İdarəsinin sədri, şeyxülislam Allahşükür Paşazadə Ümumdünya Kilsələr Şurasının Baş katibinə məktub göndərib. Məktubda Şuranın 23 aprel tarixli bəyanatında əks olunan anti-Azərbaycan iddiaları qəbuledilməz hesab edilib və regionda baş vermiş son hadisələrin obyektiv qiymətləndirilməsi tələb olunub.


Bakı Fond Birjası Pakistan ilə əməkdaşlığa başlayır

Bakı Fond BirjasıPakistan Milli Klirinq Şirkəti arasında Anlaşma Memorandumu imzalanıb. Sənədi BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov və NCCPL-ın Baş İcraçı direktoru Naveed Qazi imzalayıblar. Memorandumun əsas məqsədi Mərkəzi Qarşı Tərəf əməliyyatları və bazar infrastrukturu sahəsində təcrübə mübadiləsidir.


Türkiyə, Yunanistan və Bolqaristan təhlükəsizlik məsələlərini müzakirə edib

Türkiyə İçişləri Naziri Mustafa Çiftçi Atinada keçirilən üçtərəfli görüşdə Yunanistan və Bolqaristan rəsmiləri ilə qeyri-qanuni miqrasiya, terror və təşkilatlanmış cinayət mövzularında danışıqlar aparıb. Nazir Çiftçi görüşün məqsədinin bölgənin təhlükəsizliyi üçün uzunmüddətli əməkdaşlıq çərçivəsini gücləndirilmək olduğunu bildirib.


Azərbaycanda özəl məhkəmə ekspertizası institutu fəaliyyətə başlayacaq

Ədliyyə Nazirliyinin açıqlamasına görə, Azərbaycanda özəl məhkəmə ekspertizası institutu bu il işə başlayacaq. Bu addım məhkəmə ekspertizası sahəsində 2026-2030-cu illər üçün hazırlanmış Konsepsiyanın bir hissəsidir və tətbiqi məhkəmə ekspertizası sahəsində alternativ imkanlar yaradacaq.