Saat 3:00 - Xəbər İcmalı
Netanyahu Livanda "Hizbullah"ın hədəflərinə güclü zərbələr endirməyi əmr edib. İsrailin Baş naziri Binyamin Netanyahu ölkə ordusuna Livandakı "Hizbullah" qruplaşmasının obyektlərinə güclü zərbələr endirməyi əmr verib. Baş nazirin Dəftərxanasının məlumatına görə, bu qərar "Hizbullah"ın atəşkəs rejimini dəfələrlə pozaraq İsrail ərazisinə atəş açması fonunda qəbul edilib.
İran ABŞ-a sərt xəbərdarlıq göndərib. İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və "Xatəm əl-Ənbiya" Hərbi Komandanlığı ABŞ-a xəbərdarlıq edərək, İran silahlı qüvvələrinin istənilən hücuma hazır olduğunu bəyan edib. Komandanlıq bildirib ki, ABŞ ordusu regionda mühasirə və dəniz qarətlərinə davam edərsə, İranın cavab reaksiyası ilə üzləşəcək. SEPAH isə ABŞ və İsrailin yeni müdaxiləsi halında gözləntiləri aşan cavabın veriləcəyini vurğulayıb.
Tramp ABŞ nümayəndələrinin Pakistana səfərini ləğv edib. ABŞ Prezidenti Donald Tramp İran müharibəsi məsələləri ilə bağlı müzakirələr aparmaq üçün Pakistana getməsi planlaşdırılan ABŞ rəsmilərinin səfərini ləğv edib. Bu qərar Tehran nümayəndə heyətinin İslamabaddan ayrılmasından qısa müddət sonra elan olunub. Türkiyənin xarici işlər naziri Hakan Fidan isə iranlı həmkarı Abbas Əraqçı və Pakistanın XİN başçısı Məhəmməd İshaq Dar ilə telefon danışıqları aparıb. Danışıqlarda İran-ABŞ münasibətlərindəki son inkişaflar müzakirə edilib.
Futbol xəbərləri: Səudiyyə Ərəbistanının "Əl-Əhli" komandası Asiya Çempionlar Liqasında şampion olub. Türkiyə millisinin futbolçusu Merih Demiralin da heyətində yer aldığı komanda finalda Yaponiyanın "Maçida" klubunu 1:0 hesabı ilə məğlub edib. İngiltərə Kubokunda isə "Mançester Siti" yarımfinalda "Sauthempton"u 2:1 hesabı ilə yenərək finala yüksəlib. Premyer Liqada Arsenal "Nyukasl"ı 1:0 hesabı ilə məğlub edərək titul yarışında rəqiblərinə təzyiq göstərib.