Saat 20:00 - Xəbər İcmalı
Qrossi və Zelenski Zaporojye AES-dəki vəziyyəti müzakirə ediblər. Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüş keçirib. Görüş Çernobıl faciəsinin 40-cı ildönümü münasibətilə baş tutub. Qrossi bu görüşü böyük şərəf kimi dəyərləndirib. Tərəflər Zaporojye atom elektrik stansiyasındakı vəziyyəti müzakirə ediblər.
ABŞ-nin İndiana ştatında atışma baş verib. Bluminqton şəhərindəki İndiana Universitetinin kampusu yaxınlığında baş verən atışmada azı doqquz nəfər yaralanıb. Hadisə ənənəvi tələbə velosiped yarışının keçirildiyi Kirkvud-avenyu küçəsində qeydə alınıb. Polis əməkdaşları zərərçəkənləri universitet ərazisindən bir məhəllə aralıda aşkar ediblər.
İran prezidentinin ofisi internet məhdudiyyətlərinin səbəbini açıqlayıb. Məsud Pezeşkianın ofisi "İnternet Pro" və hazırkı internet məhdudiyyətlərinin tamamilə müvəqqəti xarakter daşıdığını bəyan edib. "Fars" xəbər agentliyinin məlumatına görə, "Kasta interneti" adlandırılan şəbəkələr ölkənin xüsusi şəraitinə və həssas dövrlə bağlı tətbiq olunub.
Böyük Britaniyadakı Ferford aviabazasında yanğın baş verib. Yanğın ABŞ Hərbi Hava Qüvvələrinin strateji bombardmançı qruplaşmasının yerləşdiyi bazanın anbar binalarından birində elektrik naqillərindəki qısaqapanma nəticəsində başlayıb. Qeyd edək ki, bu baza İrana hücumlarda iştirak edən hərbi təyyarələrin yerləşdiyi məkan kimi tanınır.
"Real Madrid"in baş məşqçi namizədi bəlli olub. "Marca" qəzetinin məlumatına görə, klubun rəhbərliyi Jurgen Kloppu baş məşqçi vəzifəsinə əsas namizəd seçib. Klopp bu təklifi qəbul etdiyi təqdirdə, onun köməkçilər heyətinə klubun keçmiş futbolçusunun da daxil edilməsi planlaşdırılır.