Xəbər İcmalı - 25.04.2026

icmal

Saat 13:00 - Xəbər İcmalı

Əliyev-Zelenski geniş tərkibdə görüşü başlayıb

Qəbələdə Azərbaycan Prezidenti İlham Əliyev ilə Ukrayna Prezidenti Volodimir Zelenskinin geniş tərkibdə görüşü keçirilir. Hər iki ölkənin rəsmi nümayəndə heyətləri tədbirə qatılıb. Bundan əvvəl iki prezident arasında təkbətək danışıqlar baş tutmuşdu.


ABŞ-İran danışıqlarına Witkoff və Kushner göndəriləcək

Beyaz Saray sözcüsü Karoline Leavitt İslamabadda keçiriləcək ABŞ-İran danışıqlarına Prezident Trumpın Orta Şərq Xüsusi Nümayəndəsi Steve Witkoff ilə məsləhətçi Jared Kushnerin göndəriləcəyini açıqlayıb. Eyni zamanda, Almaniya hökuməti Bundestaqın icazəsindən sonra Hörmüz boğazında operativ yerləşdirmə məqsədilə hərbi-dəniz bölmələrini bölgəyə göndərib. Müdafiə naziri Boris Pistorius vaxt qənaət etmək üçün qərarın operativ şəkildə qəbul edildiyini bildirib.


İsrail saldırılarında Lübnanın itkiləri artır

Lübnan Səhiyyə Nazirliyi İsrail ordusunun hücumları nəticəsində ölü sayısının 2 min 491-ə, yaralı sayısının isə 7 min 719-a çatdığını açıqlayıb. 2 mart tarixindən başlayan və ölkənin müxtəlif bölgələrini hədəf alan saldırılar səhiyyə sisteminə ağır ziyan vurub.


ABŞ məhkəməsi Barzani ailəsinə məxsus villanın müsadirəsini istəyir

ABŞ Ədliyyə Nazirliyi İraq Kürdistanının nüfuzlu siması Mansur Barzaniyə mənsub olduğu iddia edilən Beverly Hills-dəki lüks villanın müsadirəsi üçün məhkəmə davası açıb. Təxminən 30 milyon dollar dəyərində olan mülkün rüşvət və fırıldaqçılıq yolu ilə əldə edildiyi irəli sürülür.


Rusiyada Putinə açıq tənqidlər artır

Rusiyada məşhur bloger müharibə iqtisadiyyatı fonunda Vladimir Putinə açıq tənqidlə çıxış edib. "İnsanlar çığlıq atır, hər şey əllərindən alınır" ifadəsi ilə etirazını dilə gətirən blogger, hökumətə yaxın şəxslərin belə narazılıq ifadə etdiyi nadir mənzərənin yarandığını göstərir.


Azərbaycanın 4 boksçusu Dünya Kubokunda yarımfinala yüksəlib

Braziliyanın Fos-du-İquasu şəhərində keçirilən Dünya Kubokunda Azərbaycanın 4 boksçusu yarımfinala vəsiqə qazanaraq ən azı bürünc medal təmin edib. 50 kq çəki dərəcəsində Sübhan Məmmədov ermənistanlı rəqibi Rudolf Qarboyanı məğlub edərək növbəti mərhələyə adlayıb.