Xəbər İcmalı - 23.04.2026

icmal

Saat 16:00 - Xəbər İcmalı

Avropa İttifaqı Ukraynaya 90 milyard avro kredit ayırıb və Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib. Aİ bu qərarı rəsmi şəkildə təsdiqləyib. Kredit paketi Ukraynanın müharibə dövründə iqtisadi sabitliyinin qorunmasına yönəlib. Eyni zamanda Rusiyaya qarşı yeni sanksiyalar paketi də qüvvəyə minib. Bu addım Aİ-nin həm maliyyə, həm də siyasi müstəvidə Ukraynaya dəstəyini gücləndirməsi kimi qiymətləndirilir.


Baş Prokurorluq hərbi komissarlıqlarda korrupsiyaya qarşı əməliyyatlar keçirib. Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağdaş rayon şöbəsində əməliyyat həyata keçirib, vəzifəli şəxslər saxlanılıb və Bakıya gətirilib. Bundan əlavə, eyni qurumun Saatlı rayon şöbəsində də rüşvət faktı ilə bağlı əməliyyat aparılıb və iki vəzifəli şəxs tutulub. Hər iki əməliyyat hərbi xidmətə çağırış sahəsində korrupsiya hallarının aradan qaldırılmasına yönəlib.


Dövlət Neft Fondunun gəlirləri kəskin azalıb. ARDNF-nin 2025-ci ilin ilk rübündə neft və qaz sazişlərindən əldə etdiyi gəlirlər 1 milyard 803,1 milyon manat təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1,7 dəfə azdır. Eyni zamanda Fondun investisiya portfelində "AAA" reytinqli alətlərin xüsusi çəkisi 23,1 faizə düşüb. Bununla belə, qızıl investisiyaları ilin ilk rübündə müsbət gəlirlilik təmin edib və Fondun ümumi gəlirliyinə mühüm töhfə verib.


ABŞ hərbi qüvvələri Bitcoin şəbəkəsini sınaq məqsədilə istifadə edir. ABŞ İndo-Sakit Okean Komandasının başçısı Admiral Samuel Paparo konqresdə çıxış edərək bildrib ki, hərbi qüvvələr kibertəhlükəsizlik sınaqları üçün aktiv şəkildə Bitcoin qovunu işlədir. Paparo kripto aktivləri Çinə qarşı rəqabətdə milli güc aləti kimi qiymətləndirdiyini açıqlayıb.


Pakistan İranı konstruktiv addımlar atmağa çağırıb. Pakistanın daxili işlər naziri Möhsün Nakvi ABŞ-nin müvəqqəti işlər vəkili Natali Beykerlə görüşündə Yaxın Şərqdə vəziyyətin normallaşdırılması üçün İranın konstruktiv mövqe tutacağına ümid etdiyini bildirib. Görüşdə Tehranın atmalı olduğu addımlar müzakirə edilib.


YouTube dərinləşdirilmiş saxta məzmunla mübarizəni gücləndirir. Platforma süni intellektlə yaradılan saxta videoların aşkarlanması üçün yeni texnologiya tətbiq edib. İstifadəçilərin icazəsiz istifadə edilən üz və səs məzmunlarını aşkar edən alət daha geniş istifadəçi kütləsinə açılıb.