Saat 8:00 - Xəbər İcmalı
Lavrov Çinə rəsmi səfərə gəlib. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Çinə rəsmi səfərə başlayıb. Rusiya Xarici İşlər Nazirliyinin açıqlamasına görə, səfər çərçivəsində Lavrovun çinli həmkarı Van İ ilə görüşü planlaşdırılır. Tərəflər ikitərəfli münasibətləri, beynəlxalq məsələləri, o cümlədən Yaxın Şərqdə və Ukrayna ətrafında yaranmış vəziyyəti müzakirə edəcəklər.
Avstraliya Hörmüz boğazında ABŞ-a dəstək üçün şərt qoyub. Avstraliya hökuməti Hörmüz boğazında gəmiçiliyin qorunması üzrə əməliyyatlarda yalnız sabit və davamlı atəşkəs olduğu təqdirdə iştirak edəcəyini bəyan edib. Baş nazirin müavini Riçard Marlz bu mövqeyi açıq şəkildə ifadə edib. Qeyd edək ki, ABŞ bu yaxınlarda Hörmüz boğazında abluka tətbiq edib və prezident Tramp İran donanmasını hədələyib.
Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı göndəriləcək. Bu gün Azərbaycandan Ermənistana 22 vaqon dizel yanacağı ixrac olunacaq. Bundan əlavə, Rusiyadan Ermənistana 4 vaqon gübrə tranzitlə keçiriləcək. Yanacaq ixracı 2025-ci ilin dekabrından başlayıb, ilk göndərişdə 1 220 ton "Aİ-95" markalı avtomobil yanacağı tədarük edilmişdi.
Ronaldo 2030-cu il dünya çempionatında oynaya biləcəyini deyib. Portuqaliya millisinin 41 yaşlı hücumçusu Kriştiano Ronaldo sosial mediada açıqlama verərək, 2030-cu il dünya kubokunda iştirak etmək imkanından əl çəkməyəcəyini bildirib. Ronaldo hər həftə qol vurduğunu və daha dörd il oynaya biləcəyini söyləyib.