Xəbər İcmalı - 12.04.2026

icmal

Saat 10:00 - Xəbər İcmalı

Vance İran danışıqlarından nəticəsiz qayıdır - ABŞ heyəti Pakistanı tərk edib

ABŞ vitse-prezidenti CD Vans İslamabadda keçirilən ABŞ-İran danışıqlarından sonra jurnalistlərə açıqlama verib. Vans 21 saatlıq intensiv müzakirələrin nəticəsiz qaldığını təsdiqləyərək bildirib ki, İran tərəfi ilə bir sıra mühüm görüşlər keçirilib, lakin razılığa nail olmaq mümkün olmayıb. ABŞ nümayəndə heyəti - Vans, prezident Trampın Yaxın Şərq üzrə xüsusi nümayəndəsi Stiv Vitkoff və Trampın kürəkəni daxil olmaqla - artıq Pakistanı tərk edib.


İran Hörmüz boğazında hərbi gəmilərin keçişinə qarşı sərt cavab verəcəyini elan edib

İran İslam İnqilab Keşikçiləri Ordusunun Dəniz Qüvvələri Hörmüz boğazından hərbi gəmilərin keçişinə qarşı qətiyyətlə cavab verəcəyini açıqlayıb. Ordunun rəsmi bəyanatında bu su yolundan istifadə etmək istəyən hər hansı hərbi girişimin rədd ediləcəyi bildirilir. Bu açıqlama ABŞ-İran danışıqlarının uğursuzluqla nəticələndiyi bir vaxtda gərginliyin yeni müstəvisinə işarə edir.


İsrail ordusu Livanda raket qurğusunu məhv edib

İsrail Müdafiə Qüvvələri gecə saatlarında Livan ərazisinə hücum həyata keçirərək raket buraxılış qurğusunu məhv etdiyini açıqlayıb. Ordu rəsmilərinin verdiyi məlumata görə, qurğunun İsrailə doğru mərmi atılması üçün hazırlandığı müəyyən edilib.


İraqda yeni prezident seçildi

İraq Milli Məclisi Nizar Amedini ölkənin yeni prezidenti seçib. Kürdüstan Vətənpərvərləri Birliyinin namizədi olan Amedi ikinci tur səsverməsində 329 mandatlı parlamentdə 227 səs qazanıb. Səsverməsində cəmi 229 nümayəndə iştirak edib.


Lamin Yamal La Liqada tarix yazıb

"Barselona"nın gənc cinah oyunçusu Lamin Yamal İspaniya La Liqasında yeni rekord müəyyənləşdirib. Yamal "Espanyol"a qarşı XXXI turun matçında meydana çıxaraq yerli çempionatda 100-cü oyununa imza atıb. O, bu nailiyyəti 18 yaş 272 günündə əldə edərək liqa tarixinə düşüb.


Misli Premyer Liqasında XXVII tur davam edir

Misli Premyer Liqasının 27-ci turunun son oyun günündə bu gün iki matç keçiriləcək. Saat 15:30-da "Qəbələ" 19 xalla 11-ci yerdən "İmişli"ni (23 xal, 9-cu yer) qəbul edəcək. Günün digər matçında isə "Turan Tovuz""Sumqayıt"ı öz meydanında qarşılayacaq.