Xəbər İcmalı - 11.04.2026

icmal

Saat 10:00 - Xəbər İcmalı

ABŞ kəşfiyyatı: Çin İrana hava hücumundan müdafiə sistemləri tədarük etməyi planlaşdırır. ABŞ kəşfiyyat xidmətləri Çinin yaxın həftələrdə İrana yeni hava hücumundan müdafiə vasitələri, o cümlədən MANPADS tipli sistemlər göndərməyə hazırlaşdığını açıqlayıb. Məlumata görə, Pekin təchizatın mənşəyini gizlətmək üçün üçüncü ölkələr vasitəsilə ötürmə sxemindən istifadə etməyi planlaşdırır. Bu məlumat ABŞ-İran danışıqlarının start götürdüyü bir vaxtda regional gərginliyi daha da artıra bilər.


Tramp: Hürmüz Boğazı danışıqlardan sonra avtomatik açılacaq. ABŞ Prezidenti Donald Tramp Vaşinqtonu tərk edərkən jurnalistlərə bildirib ki, İslamabadda keçiriləcək danışıqlar nəticəsində Hürmüz Boğazının avtomatik şəkildə açılacağını gözləyir. Tramp ABŞ nümayəndə heyətinin artıq Pakistana yola düşdüyünü təsdiqləyib. Eyni zamanda, Pakistan Baş naziri Şahbaz Şerif bu danışıqları "davam və ya sona çatma anı" adlandıraraq, prosesi tarixi fürsət kimi qiymətləndirib.


İran parlamentindən ehtiyatlı mesaj: "Niyyət var, etibar yoxdur." İran Parlament Spikeri Məhəmməd Baqir Qalibaş İslamabadda jurnalistlərə açıqlama verərək bildirib ki, İran yaxşı niyyətlə danışıqlara gəlsə də, ABŞ-a qarşı etibar problemi mövcuddur. Qalibaş keçmiş danışıqlarda ABŞ tərəfinin öhdəliklərinə əməl etməməsinə istinad edib. Bu açıqlama danışıqların çətin keçəcəyinə işarə edir.


Dünya Bankı: Yaxın Şərq münaqişəsinin qlobal iqtisadiyyata zəncirvari təsiri qaçılmazdır. Dünya Bankının prezidenti Acay Banqa atəşkəs elan edilsə belə, regional münaqişənin dünya iqtisadiyyatına mənfi təsirlərinin davam edəcəyini bildirdi. Eyni zamanda, Asiya İnkişaf Bankı Qafqaz, Mərkəzi və Qərbi Asiya regionunda 2025-ci ildə iqtisadi artımın 4,6 faiz olacağını proqnozlaşdırıb. Bankın baş iqtisadçısı Corc Luarsabişvili bu rəqəmləri Bakıda keçirilən "Asian Development Outlook 2026" təqdimatında açıqlayıb.


Premyer Liqanın XXVII turunda bu gün üç oyun keçiriləcək. Misli Premyer Liqasında günün ilk matçında "Şamaxı" saat 15:30-da "Qarabağ"ı qəbul edəcək. Saat 18:00-da lider "Sabah" "Bank Respublika Arena"da "Zirə" ilə üz-üzə gələcək. Günün son oyununda isə "Neftçi" meydana çıxacaq.