Xəbər İcmalı - 10.04.2026

icmal

Saat 12:00 - Xəbər İcmalı

Küveyt və Səudiyyə Ərəbistanı dron hücumlarına məruz qalıb. İran, ABŞ və İsrail arasında 2 həftəlik atəşkəsin razılaşdırılmasına baxmayaraq, Küveyt və Səudiyyə Ərəbistanı İran və onun müttəfiqləri tərəfindən pilotsuz uçuş aparatları ilə hücuma məruz qaldıqlarını bəyan ediblər. Xarici KİV-in məlumatına görə, hücumlar cümə axşamı gecəsi baş verib. Bu hadisə regionda atəşkəs razılaşmasının dayanıqlığı barədə ciddi suallar doğurur.


İsrail və Livan rəsmi danışıqlara başlayır. Əvvəlki saatda Netanyahu atəşkəsin mümkün olmadığını bəyan etsə də, tərəflər arasında rəsmi diplomatik dialoq prosesi başlayıb. Danışıqlar Vaşinqtonda hər iki ölkənin səfirlərinin iştirakı ilə aparılacaq. Prosesin əlaqələndirilməsini ABŞ-nin Livandakı səfiri Mişel üzərinə götürüb. Danışıqların məqsədi atəşkəsin əldə olunması və uzunmüddətli sülhün bərqərar edilməsidir.


PAŞA Bankın səhmləri ilk dəfə ictimaiyyətə təqdim olunacaq. PAŞA Holding rəhbəri Cəlal Qasımov bu ay Azərbaycan tarixində ilk dəfə olaraq özəl bankın səhmlərinin açıq bazara çıxarılacağını açıqlayıb. PAŞA Bankın ilkin kütləvi təklifi (IPO) ölkənin maliyyə bazarı üçün mühüm hadisə hesab olunur. Bu addım Azərbaycanda kapital bazarının inkişafı istiqamətində əhəmiyyətli mərhələdir.


Qəzzaya humanitar yardım aparan "Sumud Filosu"na müdaxilə ilə bağlı ittihamnamə hazırlanıb. İstanbul Baş Prokurorluğunun Terror Cinayətləri İstintaq Bürosu beynəlxalq sularda gəmilərə edilən silahlı müdaxilə ilə əlaqədar aralarında İsrail nazirlərinin də olduğu 35 şübhəli barəsində 7 ayrı cinayət maddəsi üzrə ittihamnamə tərtib edib.


Təhsil sahəsində yeniliklər. Elm və təhsil naziri Emin Əmrullayev repetitorluq sisteminin oxuyub-anlama bacarıqlarının inkişafına mane olduğunu bildirib. Nazir bu fikirləri Dövlət İmtahan Mərkəzinin 10 illik yubileyi münasibətilə keçirilən tədbird səsləndirilib. Eyni zamanda, həmin tədbirdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin imtahan mərkəzləri arasında qiymətləndirmə sahəsində əməkdaşlıq üzrə Niyyət Protokolu imzalanıb.


Azərbaycanda aşağı karbonlu inkişaf strategiyası hazırlanıb. Ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva Bakıda keçirilən BMT-nin Davamlı İnkişaf üzrə Birgə Rəhbər Komitəsinin iclasında strategiya layihəsinin hazırlandığını və hazırda dövlətdaxili prosedur mərhələsində olduğunu açıqlayıb.