Xəbər İcmalı - 08.04.2026

icmal

Saat 23:00 - Xəbər İcmalı

İran Hörmüz boğazından tanker keçidini dayandırıb. İran, İsrailin Livana qarşı hücumlarını səbəb göstərərək Hörmüz boğazından tanker keçidlərini dayandırdığını elan edib. Qeyd edək ki, boğazdan tanker keçidinə icazə verilməsi İran ilə ABŞ arasındakı atəşkəs sazişinin ən vacib şərtlərindən biri idi. İran Devrim Mühafizlərinə bağlı Fars xəbər agentliyi bu barədə məlumat yayıb. Bu addım regiondakı gərginliyi yenidən kəskinləşdirə bilər.


Ağ Ev İrana qarşı əməliyyatları "tarixə düşəcək qələbə" adlandırıb. Ağ Evin sözçüsü Karoline Leavitt İrana qarşı həyata keçirilən hərbi əməliyyatlara münasibət bildirərək, dünyanın tarixə düşəcək qədər sürətli və uğurlu bir hərbi qələbəyə şahid olduğunu bəyan edib. Eyni zamanda Leavitt bildirib ki, İslamabadda İran nümayəndə heyəti ilə danışıqlarda ABŞ-ı Vitse-prezident Cey Di Vens, prezidentin xüsusi elçisi Stiv Uitkoff və sahibkar Cared Kuşner təmsil edəcək.


Ərdoğan və Pezeşkian atəşkəsin qorunmasına çağırış edib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qətər Əmiri ilə telefon danışığında atəşkəsin sülh üçün yaratdığı fürsətin hədər edilməməsi lazım olduğunu vurğulayıb. İran Prezidenti Məsud Pezeşkian isə "Telegram" kanalında atəşkəsin müharibənin tamamilə dayandırılması və regionda təcavüzün qarşısının alınması üçün təməl ola biləcəyini bildirib.


Avropa Liqasında 1/4 final mərhələsi başlayıb. UEFA Avropa Liqasının 1/4 final mərhələsinin ilk oyununda İspaniya təmsilçisi "Betis" Portuqaliyada "Braqa" ilə qarşılaşıb. "Estadio Municipal de Braga"da keçirilən matçda komandalar 1:1 hesabı ilə bərabərə qalıb. Ev sahibləri adından Florian Qrilliç 5-ci dəqiqədə hesabı açıb.


Texnologiya xəbərləri. Fox şirkətinə məxsus pulsuz striming platforması Tubi ChatGPT daxilində yerli tətbiq işə salan ilk striming xidməti olub. Bu addım istifadəçilərə platformanın 300 mindən çox film və serial epizodundan ibarət kitabxanasına daha asan çıxış imkanı yaradacaq. Digər tərəfdən, Apple-ın 599 dollardan başlayan qiymətlə təqdim etdiyi MacBook Neo modeli noutbuk bazarında ciddi müzakirələrə səbəb olur və şirkəti ilk dəfə büdcəyə uyğun seçim kateqoriyasına gətirir.