Xəbər İcmalı - 05.04.2026

icmal

Saat 17:00 - Xəbər İcmalı

Tramp İranı elektrik stansiyaları və körpülərə zərbə ilə hədələyib. ABŞ prezidenti Donald Tramp "X" sosial şəbəkəsində yeni paylaşım edərək, əgər Tehran Hörmüz boğazından keçən nəqliyyatı bərpa etməsə, aprelin 7-də İranın elektrik stansiyalarına və körpülərinə zərbə endiriləcəyini bildrib. Bu açıqlama İran-ABŞ gərginliyinin yeni zirvəyə çatdığı bir vaxtda səslənir.


Toğanalı-Kəlbəcər-İstisu yolunda qar uçqunu baş verib. Bu gün günorta saatlarında Murovdağ ərazisindən keçən yol hissəsində qar uçqunu qeydə alınıb. Yolun hərəkət hissəsi 10-15 metr hündürlükdə qar kütləsi ilə örtülüb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi hazırda fəsadların aradan qaldırılması istiqamətində işlər aparır, hərəkət məhdudlaşdırılıb.


Almaniyada hərbi xidmətlə bağlı yeni tələblər tətbiq olunacaq. Könüllü hərbi xidməti tənzimləyən yeni qanuna əsasən, 17-45 yaş arası kişilərin xaricdə uzun müddət qalması üçün əvvəlcədən hərbi icazə alması tələb ediləcək. Bu yanvarın 1-dən qüvvəyə minən Hərbi Xidmətin Modernizasiyası Qanunu Rusiyanın Ukraynaya hücumundan sonra potensial təhdidlərə qarşı hazırlıq məqsədi daşıyır.


Qusarda itkin düşən gəncin meyiti tapılıb. Əvvəlki xəbərlərdə Qusar rayonunun Gündüzqala kəndində sel nəticəsində itkin düşdüyü bildiriən şəxsin taleyi bəlli olub. Araşdırma nəticəsində məlum olub ki, 29 yaşlı Rəsulov Farik Fərid oğlu yaşadığı evin yaxınlığından keçən çaya düşərək boğulub və həyatını itirib. Faktla bağlı araşdırma aparılır.


Azərbaycanın yeniyetmə cüdoçuları Avropa Kubokunda uğurlu nəticə göstəriblər. Gəncə İdman Sarayında keçirilən turnirdə Azərbaycan idmançıları ümumilikdə 24 medal qazanıblar. Yarışın ikinci günündə daha 11 idmançı mükafatçılar sırasına düşüb. Bu nəticə ölkə cüdosunun yeniyetmə səviyyəsində güclü mövqeyini bir daha təsdiqləyir.


Kriptovalyuta sektorunda böyük oğurluq hadisəsi. Drift platforması açıqlayıb ki, bu həftə məlum olan 270 milyon dollarlıq kriptovalyuta oğurluğu əslində Şimali Koreyanın altı ay davam edən mürəkkəb kəşfiyyat əməliyyatının nəticəsi olub. Hücumçular özlərini ticarət firması kimi təqdim edərək platformanın sistemlərinə nüfuz ediblər.