Xəbər İcmalı - 05.04.2026

icmal

Saat 12:00 - Xəbər İcmalı

İsfahan səmasında ABŞ-in xilasetmə əməliyyatı uğursuzluqla nəticələnib

İran Silahlı Qüvvələrinin Xatəmul-Ənbiya Qərargahı məlumat yayaraq bildirib ki, İsfahan vilayəti səmasında ABŞ-ə məxsus 2 ədəd "Black Hawk" helikopteri və 1 ədəd "C-130" hərbi nəqliyyat təyyarəsi vurulub. Məlumata görə, bu hava vasitələri əvvəlcə vurulan ABŞ F-15 qırıcı təyyarəsinin pilotunu xilas etmək məqsədilə bölgəyə göndərilmişdi. İranın "Fars" Xəbər Agentliyinin yaydığı ayrıca məlumatda isə bildirilir ki, ABŞ-in vurulmuş F-35 qırıcısının pilotunu xilas etmək üçün həyata keçirdiyi əməliyyat da uğursuz olub. Beləliklə, ABŞ hərbi qüvvələri İran ərazisində həm qırıcı, həm də xilasetmə vasitələri itirmiş olur.


Tramp: Tehrana hücumla İranın hərbi liderləri məhv edilib

ABŞ Prezidenti Donald Tramp sosial media hesabından açıqlama yayaraq Tehrana yönəldilən hücumla bağlı məlumat verib. Tramp bildiyib ki, paytaxta endirilən böyük zərbə nəticəsində İranın bir çox hərbi lideri məhv edilib. Tramp öz paylaşımında İranı "pis və ağılsız" adlandıraraq sərt ifadələr işlədib. Bu açıqlama ABŞ-İran qarşıdurmasının yeni mərhələyə keçdiyini göstərir.


İranın Kohgiluyə vilayətində 9 nəfər həlak olub

ABŞ və İsrailin İrana qarşı hərbi hava hücumları fonunda İranın cənub-qərbində yerləşən Kohgiluyə və Buyir-Əhməd vilayətində 9 nəfər həlak olub, 8 nəfər yaralanıb. Bu barədə İranın Yasuc Tibb Elmləri Universitetinin rektoru Rüqəyyə Pənahi yerli mediaya açıqlamasında bildirib. Bu, İrana yönəlmiş hücumlar nəticəsində insan tələfatı barədə rəsmi məlumatlardan biridir.


Gəncədə 1 yaşlı körpə xəstəxanada həyatını itirib

Gəncə Birləşmiş Uşaq Xəstəxanasında 1 yaşlı körpənin ölümü qeydə alınıb. Şəmkir rayonunun Alabaşlı kəndindən hərarətlə xəstəxanaya gətirilən 2025-ci il təvəllüdlü A.S.-yə sistem köçürülüb, lakin bundan sonra vəziyyəti kəskin pisləşib və uşaq dünyasını dəyişib. Uşağın meyiti məhkəmə-tibb ekspertizasına göndərilib. Hadisə ilə bağlı araşdırma aparılır.


Bakının Keşlə qəsəbəsində subasma - sakinlər təxliyə edilib

Bakının Nizami rayonu, Keşlə qəsəbəsində kollektorda yaranmış nasazlıq səbəbindən evlər subasmaya məruz qalıb. FHN-in "112" qaynar xəttinə daxil olan məlumatdan sonra əraziyə Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə qüvvələri cəlb olunub. Sakinlərin təxliyəsi həyata keçirilib.