İran-ABD hərbi münaqişəsində son vəziyyət
ABD Müdafiə Nazirliyi rəsmi olaraq açıqladı ki, 28 Fevral tarixindən 3 Aprelə qədər İran-Amerika və İsrail münaqişəsində 13 ABD hərbçisi həlak olub, 365 nəfər isə müxtəlif dərəcələrdə yaralanıb. Nazirlik bu rəqəmləri ilk dəfə rəsmi şəkildə təsdiqləyib.
İrandan İsrailə raket hücumları davam edir
İsrail Müdafiə Qüvvələri (İMQ) İrandan ölkə istiqamətində yeni raket buraxılışlarını qeydə alıb. Ordunun mətbuat xidməti bildiriib ki, müdafiə sistemləri təhdidlərin qarşısını almaq üçün fəaliyyətə keçib və raketlərin zərərsizləşdirilməsi istiqamətində tədbirlər görülüb.
İsrail Tehranı bombalayıb
İsrail Hərbi Hava Qüvvələri Tehranda hərbi obyektləri və raket anbarlarını bombalayıb. Vurulan hədəflər arasında İranın hava hücumundan müdafiə sistemlərinə aid obyektlər və yer-hava tipli raketlərin saxlanıldığı anbarlar var. İsrail Müdafiə Qüvvələri bu əməliyyat barədə rəsmi məlumat yayıb.
Buşehr Atom Elektrik Stansiyasına yenidən hücum
ABŞ və İsrailin hərbi hava hücumları fonunda İranın cənubunda yerləşən Buşehr AES-in ərazisinə bir raket düşüb. İranın Atom Enerjisi Təşkilatı bu barədə məlumat yayaraq baş verən partlayışı təsdiqləyib. Bu, stansiyaya edilən növbəti hücumdur.
Neft-kimya şirkətləri vurulub, yanğın başlayıb
İranın cənub-qərbindəki Xuzistan vilayətinin Mahşəhr rayonunda "Fəcr", "Recal" və "Əmir-Kəbir" neft-kimya şirkətləri hücuma məruz qalıb. Vilayət valisinin müavini Vəliyulla Həyati hücumlar nəticəsində yanğınların başladığını təsdiqləyib.
Atəşkəs müzakirələri uğursuzluqla nəticələnib
ABD idarəsi gərginliyi azaltmaq məqsədilə İrana 48 saatlıq müvəqqəti atəşkəs təklif edib, lakin Tehran bu təklifi rədd edib. Prezident Donald Trump isə İranın ABD müharibə təyyarəsini vurması ilə bağlı ilk şərhini verib və bu hadisənin danışıqları heç bir şəkildə təsir etməyəcəyini bildirirb. Trump məsələni həssas hərbi problem kimi dəyərləndirərək axtarış və xilasetmə əməliyyatlarının davam etdiyini vurğulayıb.
İran daha güclü zərbələrlə hədələyir
İran Silahlı Qüvvələrinin Baş Qərargahı rəsmi bəyanat verərək bildirib ki, ABŞ-nin İranın infrastrukturunu məhv etmə təhdidini reallaşdırması halında Təl-Əvivə daha güclü zərbələr endirməyə hazırdır. Bu açıqlama Trampın İranın körpülərini və elektrik stansiyalarını hədəf almaq barədə bəyanatlarına cavab olaraq verilib.
Kəşfiyyat: İranın regional nüfuzu arta bilər
"Reuters" agentliyinin mənbələrə istinadən yaydığı məlumata görə, Amerika kəşfiyyat xidmətləri ABŞ və İsrailin İrana qarşı əməliyyatının Tehranın regiondakı nüfuzunun artmasına səbəb ola biləcəyinə işarə edib. Hesabatlarda İranın yaxın vaxtlarda Hörmüz boğazını açacağı ehtimalının az olduğu da qeyd edilib, çünki Tehran bu boğaz üzərindən strateji təzyiq vasitəsi kimi istifadə etməyə davam edir.