🎉 Son Yeniliklər: Yeni dizaynımızı istifadəyə verdik.

Axtar

Məşhur kanallar

Bugun.az
Bugun.az
8 abunə
Son Xeberler
Son Xeberler
7 abunə
Anar Türkeş
Anar Türkeş
6 abunə
SON Xəbər
SON Xəbər
4 abunə
Fly.az
Fly.az
4 abunə

Dünya memarlığının incisi

22.05.2020 07:28 636 baxış sayı 6 dəq. oxuma
Dünya memarlığının incisi

Tac-Mahal – Hindistanda Qanqın ən böyük qolu olan Yamuna çayının sahilində yerləşən məscid-türbəsidir. Dünya memarlıq tarixinin ən möhtəşəm nümunələrindən biri sayılır. Abidə Tamerlanın varisi və Böyük Moğol imperiyasının padşahı Şah-Cahanın əmri ilə 14cü uşağın doğuşu zamanı dünyasını dəyişən sevimli xanımı Mumtaz-Maxalın şərəfinə tikilib. Sonradan Şah-Cahan da burada dəfn olunub.


1983cü ildə Tac-Mahal YUNESKOnun mədəni irsi siyahısına daxil olunub.


Tac-Mahalın inşaasına təxminən 1632ci ildə başlanıb, və təxminən 21 il sonra 1653cü ildə başa çatıb. Abidənin inşaasına Ustad Əhməd Ləhauri, Makramat Xan, Deşenov-Anu kimi ustadlar rəhbərlik edirdi. Çox zaman Ləhaurini proyektin əsas rəhbəri kimi göstərirlər. Bəzi mənbələr qeyd edir ki, əsas inşaatçılardan biri türk İsa Məhəmməd Əfəndi olub. Tikintidə 20 mindən çox sənətkar və ustadlar iştirak edib.


Türbənin içində iki qəbir vardı- Şah Cahan və onun həyat yoldaşı Mumtaz-Maxalın.


Divarlar cilalanmış, yarımşəffaf mərmərdən tikilib. Mərmərlər elə xüsusiyyətə malikdirlər ki, onlar gün işığında ağ, gün batarkən çəhrayı, ay işığında isə gümüşü rəngdə olurlar.


Təsdiq olunmamış məlumatlara görə Cahan Şah çayın digər sahilində qara mərmərdən Tac-Mahalın əkizinin tikilməsi barədə əmr vermişdi. Lakin oğlu tərəfindən devrilən şahın əmri yerinə yetirilməyib. Son dövr aparılan araşdırmalar göstərir ki, həqiqətən də Cahan Şah əkiz abidənin tikilməsi barədə əmr vermişdi.


Tac-Mahalın tikilməsi üçün Yamuna çayının sahilində 1,2 hektar ərazi ayrılmış, və ayrılan ərazi 50 metr çay səviyyəsindən yuxarı qaldırılıb. Deyilənlərə görə, Şah Cahan hər kəsin istədiyi qədər kərpic götürə biləcəyini bildirmişdi və meşələr bir gecənin içində kəndlilər tərəfindən qırılmışdı.


Mərmər və digər materialları daşımaq üçün 30 öküz qoşulmuş arabadan istifadə olunurdu. Tac-Mahalın tikintisi üçün materiallar bütün Hindistan və digər Asiya ölkələrindən gətirilirdi. Onların gətirilməsi üçün mindən çox fildən istifadə olunmuşdu. Yəşəm Pəncabdan, kristallar Çindən, sapfir Şri-Lankadan, firuzə isə Tibetdən gətirilirdi. Tikinti üçün lazım olan su çaydan xüsusi kəmərlərə çəkilmişdi.


Tikintidə Hindistanın hər bir yerindən yığılmış 20 mindən çox fəhlə iştirak edirdi. Rəssamlıq işlərinə Buxaradan gətirilmiş 37 nəfərdən ibarət rəssamlar qrupu cavabdeh idi.


Abidə özündə çoxlu simvolları gizlədir. Məsələn, turistlərin girdiyi əsas darvazada Quranın 89cu surəsi olan Əl-Fəcr surəsinin 4 ayəsi yazılmışdı. Türbədən sol tərəfdə qırmızı qumdaşından tikilmiş məscid yerləşir. Türbə Mumtaz-Maxalın qəbrinə nəzərən tam simmetriya təşkil edir. Simmetriyanı pozan yeganə amil- sonradan burda dəfn olunan Cahan Şahın qəbridi.


Son dövrdə Tac-Mahalın divarlarında çatlar aşkarlanıb. Alimlərin fikrincə çatlara səbəb Yamuna çayının dayazlaşmasıdı. Əgər çay quruyarsa, Tac-Mahal dağıla bilər. Həmçinin çirkab havaya görə türbə öz bəyazlığını itirib, buna görə türbəni daima ağ gil vasitəsi ilə təmizləyirlər.


Tac-Mahalı Hindistana heç də az gəlir gətirmir. İl ərzində Tac-Mahalı 3-5 milyona yaxın insan ziyarət edir ki, bunların da 200 mindən çoxu turistdi. Turistlərin çoxu bura ilin sərin aylarında- oktyabr və noyabr aylarında gəlirlər. Yanacaq ilə işləyən nəqliyyat vasitələrinin kompleksin yaxınlığında hərəkətinə qadağa qoyulub. Ona görə də turistlər bura ya piyada, ya da xüsusi elektrik avtobusları ilə gəlirlər.


Maraqlı fakt: Dehlidə yerləşən Moğul şahı Xuamonyanın məqbərəsi xarici görünüşcə Tac-Mahala çox bənzəyir. Bu abidə də böyük sevginin şərəfinə tikilmişdi. Lakin Tac-Mahaldan fərqli olaraq, Xuamonyanın dul qalan xanımı onun şərəfinə bu abidəni tikdirmişdi.

Paylaş: