Şou-biznes İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Tehran məhkəməsi rejissor Cəfər Pənahini 5 il həbs cəzasına məhkum edib

Tehran İnqilab Məhkəməsi azərbaycanlı əsilli iranlı rejissor Cəfər Pənahini 5 il 1 ay müddətinə azadlıqdan məhrum edib. Məhkəmənin qərarına əsasən, rejissorun əmlakı müsadirə olunacaq, həmçinin o, iki il müddətində sosial şəbəkələrdən istifadə edə bilməyəcək və ölkədən çıxışına qadağa qoyulub.


Hayden Panettiere-in ölümü qəza kimi qiymətləndirilib

ABŞ-li aktrisa Hayden Panettierein həyatını itirdiyi Cənubi Karolinada polis araşdırmanı başa çatdırıb. Greenville polisinin bildirdiyinə görə, aktrisanın ölümü qəza nəticəsi kimi qiymətləndirilib. "Heroes" və "Nashville" seriallarının ulduzu avqust ayında həyatını itirmişdi.


Açarıstanın mədəniyyət naziri Azərbaycanla birgə orkestr yaratmağı təklif edib

Açarıstan Muxtar Respublikasının mədəniyyət naziri, UNESCO-nun Sülh artisti və beynəlxalq səviyyəli pianoçu Eliso Bolkvadze Bakıda keçirilən tədbirdə Açarıstan və Bakıdan olan gənc ifaçı və musiqiçiləri bir araya gətirəcək birgə orkestrin yaradılmasını təklif edib.


Antalya Film Festivalində "Kadim Mavi" filminin dünya premyerası keçirilib

63-cü Beynəlxalq Antalya Qızıl Portağal Film Festivalı çərçivəsində Milli Bədii Film Müsabiqəsində iştirak edən "Kadim Mavi" filminin dünya premyerası baş tutub. Festival Antalya Böyükşəhər Bələdiyyəsinin ev sahibliyi ilə keçirilir.


"Hakikatin Ölümü" filminin dünya premyerası Antalya Altın Portakal Festivalında baş tutub

63-cü Beynəlxalq Antalya Altın Portakal Film Festivalı çərçivəsində Milli Bədii Film Müsabiqəsində iştirak edən "Hakikatin Ölümü" filminin dünya premyerası keçirilib. Festival film nümayişləri ilə davam edir.