Keçmiş rəqiblər bir arada: Şəfiqə Məmmədova və Həmidə Ömərova
Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni tərkibdə fəaliyyətə başlayan İdarə Heyətinin ilk iclası keçirilib. Oktyabrın 23-də baş tutan toplantıda qurumun yeni üzvləri bir araya gələrək Azərbaycan kinosunun aktual problemlərini və ittifaqın gələcək fəaliyyət istiqamətlərini müzakirə ediblər. İclasda keçmiş rəqiblər Şəfiqə Məmmədova və Həmidə Ömərova da bir arada görüntüləniblər.
Striminq xidmətləri musiqi gəlirlərinin 70 faizini formalaşdırır
UNCTAD-ın Xidmətlər ticarəti və inkişaf bölməsinin rəhbəri Dun U Bakıda keçirilən VII Ümumdünya forumunda bildirib ki, striminq xidmətləri musiqi sənayesi gəlirlərinin 70 faizini formalaşdırır. Son on ildə rəqəmsal xidmətlərin həcminin orta hesabla ildə 8 faiz artdığı da qeyd olunub.
Heydər Əliyev Mərkəzində "Art Weekend" sərgiləri açılacaq
Oktyabrın 30-da Bakıda ikinci dəfə təşkil olunan "Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy" festivalı çərçivəsində Heydər Əliyev Mərkəzində bir neçə sərginin rəsmi açılışı olacaq. Leyla Əliyevanın təşəbbüsü ilə keçirilən tədbirin sərgi proqramı çərçivəsində müxtəlif incəsənət nümunələri təqdim olunacaq.
Prezident ailəsi Fərhad Xəlilovun yubiley sərgisi ilə tanış olub
Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr olunmuş "Mənim Abşeronum: Üstə gəl" adlı retrospektiv sərgi ilə tanış olublar.