“Turandot” operasının premyerası keçirilib
Bakıda Heydər Əliyev Sarayının səhnəsində Cakomo Puççininin “Turandot” operasının premyerası keçirilib. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı məşhur əsərin yeni versiyasını təqdim edib. Tamaşada dünyaşöhrətli tenor, Azərbaycanın Xalq artisti çıxış edib. Premyeranı Leyla Əliyeva izləyib.
“Blue Planet III” süni intellekt dövründə təbiiliyi qoruyur
BBC-nin “Blue Planet III” verilişi süni intellektin geniş yayıldığı bir dövrdə öz həqiqiliyini qorumaq üçün qeyri-kamil kadrları da yayımda saxlayır. Təbiət haqqında əvvəlki seriallar demək olar ki, real olmayacaq qədər gözəl və kristal aydın görüntülərlə yadda qalıb. Yeni buraxılış isə təbiiliyin qorunmasına üstünlük verir.
Estrada ulduzları Zeytun Festivalının səhnəsində
Dənizkənarı Milli Parkın ərazisində keçirilən Zeytun Festivalının ikinci günü də maraqlı təqdimatlar, xoş ab-hava və əyləncəli proqramla yadda qalıb. Oktyabrın 24-də Bakı Bulvarında qurulan pavilyonlarda istehsalçılar zeytun və zeytun məhsullarının geniş çeşidini təqdim ediblər. Festivalda estrada ulduzları da səhnə alıb.