"44" filmi kinoteatrlarda nümayişə başlayıb
Azərbaycanın ən böyük kino layihələrindən biri olan "44" bədii filmi oktyabrın 15-də ölkə kinoteatrlarında nümayişə başlayıb və geniş ictimai rezonans doğurub. 44 günlük Vətən müharibəsi günlərində Azərbaycan xalqının qəhrəmanlığına həsr olunan ekran əsəri tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb.
Hikmət Rəhimov "44" filminin çəkilişlərindən danışıb
Aktyor Hikmət Rəhimov "44" filmindəki çəkiliş prosesi barədə təəssüratlarını bölüşüb. O, qarlı küçədə aparılan çəkilişlər zamanı havanın beton tikilinin içindən daha isti olduğunu qeyd edib. Filmin ekran işi 44 günlük müharibə dövründə xalqın göstərdiyi qəhrəmanlığa həsr olunub.
Məryəm Uzerli və Halit Ərgənç illər sonra bir araya gəliblər
Türkiyənin tanınmış aktyorları Məryəm Uzerli və Halit Ərgənç illər sonra yenidən eyni filmdə bir araya gəliblər. İkili birlikdə çəkildikləri "İmrozda Bahar" filminin dünya premyerası üçün Misirdə təşkil olunan El Gouna Film Festivalında görüşüblər. Onlar illər əvvəl "Muhteşem Yüzyıl" serialında birlikdə rol alıblar.
Latviya məşhur musiqiçiləri "qara siyahı"ya salıb
"Haddaway", "Dr. Alban" və Almaniyanın "Mr. President" pop-triosunun solisti "LayZee"in Latviyaya girişlərinə qadağa qoyulub. Bu səbəbdən həmin musiqiçilər ölkədə keçiriləcək "90's Disco Show" konsertində çıxış etməyəcəklər. Məlumatı "Delfi" yayıb.