Joe Nami Londonda İslamofobiyaya qarşı səs qurğusu sərgiləyir
Amerikalı-livanlı rəssam və bəstəkar Joe Nami özünün çoxkanallı "Kosmik Nəfəs" (Cosmic Breath) adlı səs qurğusunu Londonda təqdim edib. Oksford Stritin səs-küyündən bir neçə addım aralıda, şəhərin mərkəzində yaradılan yeni səs məkanında sərgilənən əsər İslamofobiyaya qarşı mesaj daşıyır.
Bakıda Anar Hüseynzadənin "O" adlı fərdi sərgisi açılıb
Müasir İncəsənət Muzeyində rəssam Anar Hüseynzadənin "O" adlı fərdi sərgisinin açılış mərasimi keçirilib. Tədbirdə Alyona Əliyeva və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak ediblər.
"Öz yazarını seç" onlayn səsverməsinə start verilib
12-ci Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində "Ən çox oxunan müəllif 2026" nominasiyası üzrə "Öz yazarını seç" adlı onlayn səsvermə keçirilir. Mədəniyyət Nazirliyindən verilən məlumata görə, oxucular 50 müəllif arasından seçim edə bilərlər.
Füzuli Şəhəri Günü konsert və teatr tamaşası ilə qeyd olunub
17 Oktyabr - Füzuli Şəhəri Günü münasibətilə konsert proqramı təşkil olunub. Azərbaycan Dövlət Akademik Filarmoniyasının solistləri və rəqs ansamblının üzvləri şəhər sakinləri qarşısında müxtəlif mahnılar və rəqs nömrələri ilə çıxış ediblər. Həmçinin Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin böyük zalında Füzuli Dövlət Dram Teatrının "Tıq-tıq xanım" tamaşası nümayiş olunub.
Çinli pop ulduzu Jane Zhang konsert zamanı yıxılıb
Çinli pop ulduzu Jane Zhang konsert zamanı baş verən qəza ilə pərəstişkarlarını qorxudub. "Secret Love" mahnısını ifa edərkən tarazlığını itirən müğənni təxminən 2 metr hündürlükdəki platformadan yerə yıxılıb. Tamaşaçıların qışqırdığı hadisədən sonra konsertin necə davam etdiyi barədə ətraflı məlumat verilmir.