NRK İsrailin Eurovision iştirakı ilə bağlı EBU-ya müraciət edib
Norveçin dövlət yayım qurumu NRK, İsrailin Eurovision Mahnı Müsabiqəsində iştirakı ilə bağlı narahatlıqlarını əks etdirən məktubu Avropa Yayım Birliyinə (EBU) göndərib. Qurumun Mədəniyyət redaktoru Yostein Olsenq yazılı açıqlamasında məsələ ilə bağlı mövqelərini bildirib.
Natan Filderin Elizabet Holms haqqında sənədli filminin treyleri yayımlanıb
Natan Filderin Elizabet Holms haqqında çəkdiyi sənədli filmin treyleri yayımlanıb. Film 16 oktyabrda kinolarda nümayiş olunacaq. Ekran əsəri müasir dövrün çaşdırıcı reallıqlarını və güclü şəxslərin iddialı planlarını əks etdirir.
"Vətən daşı" sənədli filminin təqdimatı keçirilib
"Global Media Group" və "Report" İnformasiya Agentliyi Vətən müharibəsi və antiterror tədbirlərinin növbəti ildönümü ərəfəsində "Vətən daşı" sənədli filmini təqdim edib. Təqdimat mərasimi "Nizami" Kino Mərkəzində baş tutub və tədbirdə şəhid ailələrinin nümayəndələri iştirak edib. Film antiterror tədbirləri zamanı şəhidlik zirvəsinə ucalmış Azərbaycan əsgərlərinin xatirəsinə həsr olunub.
"Euronews" Azərbaycan musiqisinə həsr olunmuş süjet yayımlayıb
"Euronews" telekanalı İsveçrənin Montrö-Vevey şəhərlərində təqdim olunan Azərbaycan musiqisinə həsr olunmuş süjet yayımlayıb. Süjetdə Azərbaycanın zəngin musiqi irsinin İsveçrənin Montrö şəhərində beynəlxalq auditoriyaya təqdim olunmasından bəhs edilir.
Vogue World Milan dəfəsində robotlar podiuma çıxıb
Vogue World jurnalının hər il fərqli bir şəhərdə keçirdiyi böyük moda tədbiri bu yıl Milan şəhərində baş tutub. Tədbir robotların iştirakı ilə yekunlaşıb və bu yanaşma izləyicilər tərəfindən birmənalı qarşılanmayıb. Tədbirin növbəti il San-Fransiskoda keçiriləcəyi nəzərə alınsa, bu, gələcəkdə texnologiya ilə modanın daha sıx inteqrasiyasına işarə edir.