Şou-biznes İcmal

Bu kateqoridakı xəbərlərin son icmalı

Bricit Bardonun şəxsi əşyaları hərracda rekord qiymətə satıldı

Fransanın məşhur aktrisası Bricit Bardonun şəxsi əşyaları hərracda satılıb. Hərracı təşkil edən Millon hərrac evinin məlumatına görə, əşyalar ilkin qiymətləndirilən dəyərindən təxminən 20 dəfə baha qiymətə, yəni 954 min avroya alıcı tapıb.


Harper Linin romanının nadir ilk nəşri British Library kolleksiyasına daxil edilib

ABŞ-li yazıçı Harper Linin Pulitser mükafatına layiq görülmüş "Bülbülü Öldürmek" romanının bazarda nadir rast gəlinən ilk nəşrindən bir nüsxə İngiltərədəki xeyriyyə təşkilatının mağazasına bağışlanan kitablar arasında tapılıb. Oksfam xeyriyyə təşkilatının mağazasına gətirilən kitablar arasından aşkar edilən bu nadir nəşr British Library kolleksiyasına daxil edilib.


Paramount birləşmədən sonra film istehsalını artıracaq

Paramount şirkəti Warner Bros. Discovery (WBD) ilə 110 milyard dollarlıq birləşməsinə qarşı olan 12 ştatla razılaşma əldə edib. Bu addımdan sonra studiya dünyanın ən böyük istehsal mərkəzlərindən birinə çevrilməyə daha da yaxınlaşıb. Birləşmə çərçivəsində ABŞ-da istehsalın genişləndirilməsi planlaşdırılır.


Apple Londonda ilk canlı musiqi məkanını açır

Apple şirkəti Böyük Britaniyada yeni canlı musiqi məkanı açmağa hazırlaşır. Apple Music Hall adlanan bu məkan 600 nəfərlik tutuma malikdir və konsertlər, səs yazma sessiyaları ilə video yayımları üçün nəzərdə tutulub. Məkan Londonun məşhur Battersea ərazisində yerləşəcək.